Gənc nəsli yad dini-ideoloji təsirlərdən qorumaq lazımdır
Tarix: 06.06.2014 | Saat: 01:00:00 | E-mail | Çapa göndər


Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla ölkənin Aran bölgəsinə - Hacıqabul, Kürdəmir, Ucar, Zərdab, Göyçay, Ağdaş və Yevlax rayonlarına səfər edib, bölgənin ziyalıları, dini icmaların üzvləri ilə çoxsaylı görüşlər keçirib. Dövlət müşaviri səfər etdiyi hər bir rayonda ictimaiyyət nümayəndələri və ziyalılarla görüşərək ölkə həyatının aktual məsələləri barədə ətraflı fikir mübadiləsi aparıb.
Əsas diqqəti Azərbaycanın bugünkü inkişafının ideoloji dayağı olan azərbaycançılıq məfkurəsinə yönəldən Dövlət müşaviri Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil daxili və xarici siyasətin, dövlət-din münasibətlərinin prioritet istiqamətləri, eyni zamanda ölkədə ictimai-siyasi sabitliyin və hərtərəfli inkişafın təminatı, milli-mənəvi dəyərlərin qorunması, əhalinin maddi-mənəvi rifah halının yüksəldilməsi sahəsində görülən ardıcıl və məqsədyönlü fəaliyyət haqqında danışıb. Qeyd olunub ki, Prezidentin fərmanları ilə son bir ayda yaradılan Prezident yanında Bilik Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əsas məqsəd və məramı əhalinin müxtəlif təbəqələri arasında maarifləndirmə işi aparmaq, müasir çağırışları insanlara çatdırmaq, ölkəmizdə yaşayan bütün xalqların sahib olduqları etnik-mədəni dəyərlərin qorunmasını təmin etməkdir. Bölgədə fəaliyyət göstərən cümə məscidlərinə, ziyarətgahlara baş çəkən dövlət müşaviri Kamal Abdulla yerli dini icma üzvləri və ağsaqqallarla səmimi söhbətlər aparıb. Bu görüş və müzakirələr zamanı yad dini-ideoloji təsirlərə, təfriqəçi təriqət və cərəyanlara qarşı mübarizənin zəruriliyi vurğulanıb, zəngin multikultural ənənələrin qorunub saxlanması və inkişafı, azərbaycançılıq ideologiyasının təbliği və təşviqi istiqamətində həyata keçirilən dövlət siyasətinin mahiyyəti ətraflı şəkildə izah edilib. Xüsusən gənc nəslin milli-mənəvi dəyərlər və vətənə sədaqət ruhunda tərbiyə olunmasında məscidlərin roluna və din xadimlərinin üzərinə düşən vəzifələrə diqqət yönəldilib. Dövlət müşaviri regionlara səfərləri və keçirdiyi görüşlərlə bağlı təəssüratlarını AzərTAc-ın müxbiri ilə bölüşüb: “Son aylar ölkənin cənub, şimal, şimal-qərb və qərb bölgələrində olmuşam. Hər dəfə bölgələrə səfər edərkən rayon və kəndlərimizdə böyük quruculuq və abadlıq işlərinin şahidi oluram. Ən önəmlisi isə insanlarımız arasında dövlətçilik dəyərlərinə bağlılığı, ictimai fəallığı, onların mənəviyyatında və təfəkküründə mütərəqqi yenilənməni görürəm. Dövlət öz vətəndaşının rahat həyatı üçün var qüvvəsi ilə çalışır. Xalqımız bunu görür və hər addımda dövlətin qayğı və diqqətini öz üzərində hiss edir. Bu gün Azərbaycanın hər bir bölgəsi həm iqtisadi, həm sosial, həm də mədəni baxımdan möhtəşəm inkişaf mərhələsini yaşayır, ölkəmiz millətlərarası və dinlərarası münasibətlər, multikultural ənənələr baxımından dünyaya öz ideal standartını təqdim edir. Bütün bunlar dövlət başçısı İlham Əliyevin xalqa arxalanan siyasətinin və yorulmaz fəaliyyətinin nəticəsidir. Bu müqəddəs işdə hər birimiz əsl vətəndaş məsuliyyəti ilə Prezidentə yardımçı olmalıyıq”.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info