Heydər Əliyev Fondunun dəstəyi ilə Yunanıstanda silsilə tədbirlər keçiriləcək
Tarix: 06.06.2014 | Saat: 15:03:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun beynəlxalq fəaliyyət dairəsi genişlənir. Fonddan bildiriblər ki, bu il Fondun və Azərbaycanın Yunanıstandakı səfirliyinin dəstəyi ilə Qərb sivilizasiyasının beşiyi sayılan Yunanıstanda silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.
İlk tədbir iyunun 6-da Afinada, Meqaro Musikis Musiqi Kompleksində baş tutacaq. Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Yunanıstan paytaxtının ən böyük musiqi salonunda maraqlı konsert proqramı ilə çıxış edəcək. Klassik musiqi axşamında Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Cahangir Cahangirovun, Niyazinin, Vaqif Mustafazadənin əsərləri ilə yanaşı, Astor Piazolla, Pablo de Sarasate, Ernesto de Kurtis kimi dünya şöhrətli musiqiçilərin əsərləri səslənəcək. Konsertin baş dirijoru xalq artisti Teymur Göyçayevdir.
İlk tədbir geniş informasiya dəstəyi ilə gerçəkləşir. Xüsusi informasiya bazasında yaradılmış http://www.azerbaijani-culture.gr saytı Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini, eləcə də Yunanıstanda nəzərdə tutulan silsilə tədbirləri geniş işıqlandırmaq məqsədi daşıyır. Bu tədbirlərə dəvətnaməni sayt vasitəsilə onlayn rejimdə əldə etmək mümkündür.
Konsertdən əvvəl qonaqlar Heydər Əliyev Fondu tərəfindən son illərdə çap olunmuş müxtəlif nəşrlərlə tanış olacaqlar. Qədim və zəngin Azərbaycan mədəniyyətindən bəhs edən nəşrlər sırasında Azərbaycan Milli İncəsənət Muzeyinə, musiqi alətlərinə, əlyazmalara, xalq tətbiqi sənətinin müxtəlif növlərinə həsr olunmuş kitablar, pop, caz, muğam və klassik musiqiyə həsr olunmuş disklər, eləcə də Nizami və Məhsətinin əsərləri təqdim olunacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info