Putinlə Kemeron arasına əl sıxmadan keçən görüş
Tarix: 06.06.2014 | Saat: 16:34:00 | E-mail | Çapa göndər


Rusiya prezidenti Vladimir Putin Fransaya səfəri çərçivəsində Böyük Britaniyanın baş naziri Devid Kemeron ilə görüşüb. “İTAR-TASS”ın verdiyi xəbərə görə, görüş əl sıxmadan baş tutub. Məlumata görə, Putin və Kemeron arasında görüş Parisin “Şarl de Qol” aeroportunda, ali qonaqlar üçün nəzərdə tutulmuş VİP zalda baş tutub. Bu onların arasında Ukraynada böhran başlayandan ilk görüşdür. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov görüşdən sonra qeyd edib ki, tərəflər iki ölkə arasında münasibətlərin bərpası məsələsini müzakirə ediblər.
Qeyd edək ki, “Böyük yeddilik” ölkələrinin liderləri ötən gün Brüsseldə keçirilmiş sammitdə Rusiyaya qarşı ümumi mövqeni razılaşdırıblar. Bu mövqeyə əsasən, Rusiya ilə münasibətlərin normallaşdırılması üçün, Moskva Pyotr Poroşenkonu Ukraynanın seçilmiş prezidenti kimi tanımalıdır və separatçılara dəstək verməməlidir. Əks təqdirdə G 7 liderləri Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək niyyətində olduqlarını təsdiq ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info