Sənaye sahələri kadr hazırlığında bilavasitə iştirak etməlidir
Tarix: 06.06.2014 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


Sənaye sahələri ilə ali təhsil müəssisələri arasında əlaqələr daha da genişlənməli və sənaye müəssisələri kadr hazırlığında bilavasitə iştirak etməlidir. Bunu təhsil naziri Mikayıl Cabbarov "Bakıeletrikşəbəkə" ASC ilə birgə təşkil edilmiş "Eleketroenergetikada kadr problemləri - Gələcəyə baxış" adlı konfransda deyib.
Nazirin sözlərinə görə, hazırda təhsilin keyfiyyəti və iqtisadiyyatın inkişafının mövcud tələbləri arasında fərqin aradan qaldırılması üçün sənaye sahələri ilə ali təhsil sistemi arasında sıx əməkdaşlığın qurulması zərurətə çevrilib: "Xüsusi diqqət təhsil alanların istehsalat təcrübəsinə, birbaşa onların gələcək iş yerlərində təşkil olunmasına yönəlməlidir. İstehsalat təcrübəsinin düzgün təşkili və onun nəticələri həm işəgötürən, həm də tələbə üçün gələcək iş fəaliyyətinə dair düzgün seçim etməsi baxımından mühüm faktordur. Eyni zamanda istehsalat təcrübəsi təhsil müəssisəsi üçün verdiyi təlimin nəticələrini kənardan ölçülməsi alətinə çevrilməli və tədris müəssisənin təkmilləşdirilməsi istiqamətlərini müəyyən etməlidir".
M.Cabbarov qeyd edib ki, ali təhsilin və bütövlükdə kadr hazırlığının keyfiyyəti əhəmiyyətli dərəcədə təhsil proqramının dövlət standartlarının məzmunundan asılıdır. Təhsil Nazirliyi hazırda təhsil proqramlarının dövlət standartlarını yeniləşdirərək təkmilləşdirilməsini həyata keçirir. Bu məqsədlə Təhsil Nazirliyi işə götürənlərlə, sənaye müəssisələri, dövlət qurumları ilə müvafiq işlər görür və müvafiq dövlət strukturlarına müraciət hazırlayıb: "Sənaye müəssisələrinin real təklifləri əsasında hazırlanacaq yeni təhsil proqramları əsasında aparılacaq tədris müasir tələblərə cavab verən kadr hazırlığını təmin etməyə zəmin yaradacaq".

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Baş Prokurorluq işə qəbulla bağlı müsabiqə elan edir
18.02.2019
Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı olub
18.02.2019
Əfqanıstan müharibəsinin azərbaycanlı iştirakçısı “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif olunub
18.02.2019
DGKA-nın tələbələri müxtəlif dövlət qurumlarında təcrübə keçəcəklər
18.02.2019
“ABAD“ “Uğur-2018“ Milli mükafatına layiq görülüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info