Energetika sənayesində kadr hazırlığında keyfiyyət və struktur qıtlığı mövcuddur
Tarix: 06.06.2014 | Saat: 17:47:00 | E-mail | Çapa göndər


Çoxşaxəli və mürəkkəb sahə olan energetika sənayesində hazırda ixtisaslı kadr hazırlığında kəmiyyət deyil, keyfiyyət və struktur qıtlığı mövcuddur. Bunu təhsil naziri Mikayıl Cabbarov "Bakıelektrikşəbəkə" ASC ilə birgə təşkil edilmiş "Elektroenergetikada kadr problemləri - Gələcəyə baxış" adlı konfransda deyib.
Konfransda "Elektroenergetikada kadr hazırlığının mövcud vəziyyəti" mövzusunda çıxış edən təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, yanacaq-energetika kompleksi ölkənin iqtisadiyyatında aparıcı rol oynayır. Ölkə Prezidenti İlham Əliyev tərəfindən bu sahəyə göstərilən diqqət və görülən işlər sayəsində Azərbaycanın enerji sahəsində müstəqilliyi tam təmin olunub.
Təhsil naziri bildirib ki, energetika sahəsində davamlı inkişaf ölkənin qarşısında bacarıqlı kadrların hazırlanması tələbini qoyur. Hazırda ölkədə təhsilin müxtəlif səviyyələrində energetika sektoru üçün mütəxəssislər hazırlanır.
M.Cabbarov energetika sahəsi üzrə tələbə qəbulunun sayının artırıldığını da açıqlayıb: "2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı 2014-2015-ci il tədris ilində təhsil pillələrində energetika sahəsinin tələbatı nəzərə alınaraq ali təhsildə qəbul əvvəlki illərə nisbətən artırılıb. 6 ayrı təhsil müəssisələrində bakalavr və magistratura səviyyəsində 3 ixtisas üzrə - elektroenergetika mühəndisliyi, elektrik mühəndisliyi və istilik energetikası mühəndisliyi ixtisasları üzrə kadrlar hazırlanır: "Energetika sahəsində kadr hazırlığına tələbatın ildən-ilə artmasını nəzərə alaraq bu ixtisaslar üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu artırılıb. Belə ki, cari tədris ilində bu ixtisaslara qəbul planı əvvəlki 2 ilə nisbətən 534-dən 625-ə artırılıb ki, bu da təxminən 20 % artım deməkdir.
Nazir həmçinin qeyd edib ki, bununla yanaşı, ölkənin 6 orta ixtisas təhsil müəssisəsində ildə 4 ixtisas üzrə 280 mütəxəssisin hazırlığı həyata keçirilir. Respublikanın 57 ilk peşə ixtisas təhsili müəssisələrində isə energetika sektoru üçün 4 ixtisas üzrə ildə 1493 tələbə kadr hazırlanır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info