BƏT işsizliyin kəskin azaldılmasında Azərbaycanı yüksək dəyərləndirir
Tarix: 06.06.2014 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


Beynəlxalq Əmək Təşkilatının (BƏT) Beynəlxalq Əmək Konfransının 103-cü sessiyasında iştirak etmək üçün İsveçrə Konfederasiyasının Cenevrə şəhərində səfərdə olan Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla BƏT-in Baş Direktorunun müavini Xose Manuel Salazar arasında görüş olub.
Görüşdə S.Müslümov Azərbaycanda dayanıqlı sosial-iqtisadi inkişaf, ölkədə xidmət sektorunun inkişaf etdirilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi sahəsində əldə olunan nailiyyətlər, qeyri-neft sektorunun inkişafı fonunda yaradılan çoxsaylı iş yerləri barədə məlumat verib: “Qlobal səviyyədə işsizlik problemi kəskin xarakter aldığı halda, Azərbaycanda aparılan məqsədyönlü siyasət məşğulluq mühitinin canlanması və beləliklə, işsizliyin 5 faizədək, yoxsulluq səviyyəsinin isə 5,3 faizədək azalmasına səbəb olub”. Gənclərin potensial imkanlarından tam istifadə üçün lazımi şəraitin yaradılması, əmək bazarına daxil olan gənc işçi qüvvəsinin rəqabət qabiliyyətliliyinin, peşə-ixtisas təhsili sistemi ilə əmək bazarı arasında uyğunluğun təmin olunmasının mühüm prioritetlərdən olduğunu qeyd edən nazir əmək və məşğulluq sahələrində aparılan islahatlarda BƏT-lə əməkdaşlığın vacibliyini vurğulayıb.
X.M.Salazar əhalinin məşğulluğunun təminatı, işsizliyin kəskin şəkildə azaldılması sahəsində Azərbaycanda görülən işləri və onların müsbət nəticələrini yüksək dəyərləndirib. İşçi qüvvəsinin keyfiyyətinin əmək bazarının tələblərinə uyğun yüksəldilməsi və peşə hazırlığı sisteminin təkmilləşdirilməsi sahəsində ölkəmizdə aparılan islahatlara BƏT-in lazımi dəstək verməyə hazır olduğunu vurğulayan X.M.Salazar BƏT-lə Beynəlxalq Sahibkarlar (İşəgötürənlər) Təşkilatının birgə həyata keçirdiyi “Qlobal Təcrübə Şəbəkəsi” (Global Apprenticeship Network) layihəsi barədə məlumat verib. X.M.Salazar layihə çərçvəsində əldə olunan təcrübənin BƏT-ə üzv ölkələr üçün faydalı ola biləcəyini qeyd edib. Bundan əlavə o, BƏT-in iqtisadi inkişaf və məşğulluq sahəsində apardığı araşdırmalar barədə məlumat vermiş və Azərbaycanda beynəlxalq ekspertlərin iştirakı ilə bu mövzuya həsr olunmuş tədbirin keçirilməsini təklif edib. Görüşdə BƏT-lə gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb
19.11.2018
Belarus və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üzrə daha fəal əməkdaşlıq edəcəklər
19.11.2018
2019-cu ilin I rübündə Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılmasına başlanacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info