49 müəssisə üzrə 392 boş iş yeri işsiz və işaxtaran vətəndaşlara təqdim edilib
Tarix: 06.06.2014 | Saat: 18:54:00 | E-mail | Çapa göndər


Bakı şəhərinin 3 rayonu üzrə birgə əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Bakı Tennis Akademiyasında paytaxtın Binəqədi, Nəsimi və Nərimanov rayonları üzrə əmək yarmarkası keçirilib. Aktiv məşğulluq tədbirində hər üç rayonun məşğulluq mərkəzləri tərəfindən müəssisələrdən toplanmış, əsasən qulluqçu və fəhlə peşələri üzrə ümumilikdə 392 boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif olunub. Vakant iş yerləri 43-ü özəl sektora aid 49 müəssisəyə aid olub. Bu müəssisələr sırasında "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC, "Nurgün şirkətlər qrupu", “Unibank” ASC, “Baku Steel Construction” ASC, “Expressbank” ASC, "FAB Boya və Kimya Sənayesi" MMC, “Bakı Sığorta” ASC, Bakı "Əyrici-Toxucu" ASC, “Ata Turizm” MMC, "Buta Sığorta" ASC, “Kristal” MMC, “DəmirBank” ASC, “Bakı Tikiş Evi” ASC və digər iri şirkətlər də var. Yarmarkada boş iş yeri təqdim edən müəssisələrin nümayəndələri də iştirak edib, işsiz və işaxtaran vətəndaşla onların birbaşa əlaqəsi təmin olunub. Tədbirdə qeyd olunan məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyatda olan şəxslərin münasib işlərlə təminatına xüsusi diqqət yetirilib. Yarmarka zamanı əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmək məqsədilə peşə hazırlığı kurslarına cəlb olunmaq, habelə müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlərin qeydiyyatı da aparılıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info