9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə 22 min nəfər sənəd verib
Tarix: 06.06.2014 | Saat: 18:55:00 | E-mail | Çapa göndər


9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə 22 min nəfər sənəd verib və onlardan 10 mini əvvəlki illərin məzunlarıdır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə mətbuat konfransında bildirdi ki, ötən il 9 illik bazadan orta ixtisas məktəblərinə 40 mindən çox abituriyent ərizə verib. Onun sözlərinə görə, bu il qəbul qaydalarına edilən dəyişiklərə əsasən, 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı yalnız əvvəlki məzunları üçün keçiriləcək. M.Abbaszadə qeyd etdi ki, əvvəlki illərin məzunları orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün iyunun 29-da imtahanda iştirak edəcəklər: “Ona görə onlar iyunun 12-dək sənəd verməlidir. Həmin müddətdən sonra imtahanda iştirak etmək üçün sənəd vermək mümkün olmayacaq. Bu ilin məzunları isə yalnız buraxılış imtahanı verəcəklər və onun nəticələrinə əsasən orta ixtisas məktəblərinə qəbul olunacaqlar. Amma müsabiqədə iştirak etmək üçün bu ilin məzunları da elektron ərizə doldurmalıdır. Bu ilin məzunlarından yalnız 10-11 min nəfəri sənəd verib. Sənəd qəbulu prosesi mayın 12-dən başlayıb və iyunun 12-dək davam edəcək. Bu proses 1 ay davam edir. İyun 12-dən sonra orta ixtisas məktəblərinə sənəd vermək mümkün olmayacaq”.
TQDK sədri əlavə etdi ki, 9 illik bazadan müxtəlif texnikumlarda qabiliyyət imtahanı tələb olunur. Onun sözlərinə görə, bu il təsviri incəsənət sahələrinə sənəd verənlərin sayı 2 dəfə azalıb: “Belə ki, təsviri incəsənət üzrə ixtisaslara ötən il 2341 nəfər sənəd vermişdisə, bu il onların sayı 1279-dur. Həmin ixtisaslara bəlkə də maraq azalıb. Amma müəyyən valideynlər də fikirləşirlər ki, yalnız buraxılış imtahanı verəndən sonra onun nəticəsinə əsasən şagirdin təhsilini məktəbdə davam etdirməsi və ya orta ixtisas məktəbində təhsil alması ilə bağlı qərar verilə bilər. Onların bu qərarları sonradan gec olur və şagirdlər orta ixtisas məktəblərinə də qəbul ola bilmirlər”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
AccessBank taksi xidmətləri üzrə tender elan edir
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info