Artak Zakaryan: “Rusiya-Azərbaycan münasibətləri yenidən istiləşmə mərhələsinə qədəm qoyub”
Tarix: 06.06.2014 | Saat: 20:17:00 | E-mail | Çapa göndər


Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycanı strateji tərəfdaş adlandırması ilə bağlı bəyanatı, Dövlət Dumasının sədri Narışkin və Federasiya Şurasının sədri xanım Matviyenkonun spiker Oqtay Əsədovla görüşdə səsləndirdikləri müsbət fikirlər və Lavrovun Bakı səfərinin vaxtının açıqlanması Ermənistanda zəlzələ effekti yaradıb. İşğalı ölkədə aləm bir-birinə dəyib. Erməni ekspertlər, deputatlar, media bir gün ərzində Rusiya-Azərbaycan strateji tərəfdaşlığı ilə bağlı yüksək səviyyədə səsləndirilən bəyanatlardan şoka düşüblər. Ermənistan parlamentinin deputatı Artak Zakaryan “Nyus.am”a açıqlamasında bildirib ki, Rusiya-Azərbaycan münasibətlərinin inkişafı yeni xəbər deyil: “Ermənistan bu münasibətlərə normal baxır. Bu münasibətlər regionda müsbət meyllər yaradacaqsa, biz bunu dəstəkləyirik. Rusiya XİN rəsmi şəkildə elan etdi ki, Azərbaycan Qafqazda Rusiyanın strateji tərəfdaşıdır. Bu o demək deyil ki, Ermənistanın Rusiyanın strateji tərəfdaşı kimi statusu dəyişib. Belə görünür ki, Rusiya-Azərbaycan münasibətləri yenidən istiləşmə mərhələsinə qədəm qoyub. Bu iki dövlət arasında qarşılıqlı maraq həmişə olduğundan istiləşməyə gözlənilməzlik kimi yanaşmaq lazım deyil. Moskva ilə Bakının münasibətlərinin strateji səviyyədə olmasının konkret cizgilərini sonrakı fəaliyyətin gedişində müəyyən etmək mümkün olacaq”. Zakaryan təlaş içində bildirib ki, Rusiya-Azərbaycan münasibətlərinin istiləşməsi Ermənistanın Rusiyanın müttəfiqi kimi rolunu azaltmayacaq.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info