Nümayəndə heyətimiz Əmək Müfəttişlərinin Beynəlxalq Assosiasiyasının konqresinə qatılacaq
Tarix: 06.06.2014 | Saat: 20:28:00 | E-mail | Çapa göndər


9-10 iyun tarixlərində İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatında (BƏT) Əmək Müfəttişlərinin Beynəlxalq Assosiasiyasının (ƏMBA) İcra Komitəsinin 14-cü Konqresi və Baş Assambleyası keçiriləcək. Tədbirdə ölkəmiz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunacaq. ƏMBA-nın İcra Komitəsinin hər üç ildən bir Cenevrədə keçirilən Konqresi barədə məlumat verən F.Əlizadə bildirib ki, bu dəfəki toplantı “Peşəkarlıq, partnyorluq və istehsalat: Səmərəli əmək təftişini bütün dünyaya çatdıraq” mövzusuna həsr olunub: “Konqresdə sosial partnyorluq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün mövcud imkanlar araşdırılacaq, təhlükəsiz, sağlam, ədalətli və layiqli iş maraqlarının müdafiəsi üçün sosial tərəfdaşlarla birgə üçtərəfli təşəbbüslər, iş yerlərində əməyin mühafizəsi ilə bağlı məsələlər müzakirəyə çıxarılacaq”.
Xidmət rəisi nəzərə çatdırıb ki, konqresdə həmçinin Əmək Müfəttişliklərinin Regional Alyansları ilə işin gücləndirilməsi məsələlərini də nəzərdən keçirəcək: “Xatırladım ki, belə təşkilatlardan biri də 2008-ci ildən Azərbaycanın da üzv olduğu, özündə 12 ölkəni birləşdirən “Cənubi-Şərqi Avropa, Azərbaycan və Ukrayna Əmək Müfəttişlərinin Alyansı”dır. Tədbirdə ƏMBA-nın 2014-2017-ci illər üçün Fəaliyyət Planının təsdiq edilməsi nəzərdə tutulur”.
ƏMBA 1972-ci ildə təsis edilib. Hazırda 100-dən artıq ölkə, o cümlədən 2008-ci ildən Azərbaycan bu təşkilatın üzvüdür.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info