“Azərbaycanda dinlər arasında, cəmiyyətdə qarşıdurma yaratmaq istəyənlər arzularına çata bilməyəcəklər”
Tarix: 06.06.2014 | Saat: 21:01:00 | E-mail | Çapa göndər


“Adını nə qoymasından asılı olmayaraq, istənilən şəxs, cərəyan radikallıqla məşğul olacaqsa, dövlət buna qarşı lazımi addımlar atacaq”. Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə QMİ nəzdində din xadimlərinin təkmilləşdirmə kurslarının ilk məzunlarının buraxılış mərasimində deyib.
A.Paşazadə qeyd edib ki, bu gün Azərbaycanın həyatında yeni addım atılır: "Düşünürük ki, bugünkü ehtiyaca görə, dini məsələlərdə, dinə münasibətdə bəzi şeylər dəyişməlidir. Ona görə də biz fikirləşdik ki, din xadimləri üçün təkmilləşmə kursu yaradaq. Məqsəd din xadimlərinə dini öyrətmək deyil, müstəqil Azərbaycanın din-dövlət münasibətlərinin hansı şəkildə təşkil olunmasını, azərbaycançılığı izah etmək idi".
QMİ sədri din xadimlərinə deyib ki, buradan qayıdandan sonra onların moizələrində, xütbələrində böyük fərq olmalıdır.
A.Paşazadə ölkədə qarşıdurma yaratmağa çalışanlara da sərt mesaj ünvanlayıb: "Mən çox heyfslənirəm ki, müsəlmanlar arasında məzhəbçiliyi önə çəkərək parçalanma salmağa çalışanlar da var. Lakin Azərbaycanda dinlər arasında, cəmiyyətdə qarşıdurma yaratmaq istəyənlər arzularına çata bilməyəcəklər, çünki bunun üçün şərait yoxdur".
O, KİV-də dinin birtərəfli qaydada təbliğinə etiraz etdiyini də gizlətməyib: "Azərbaycanda KİV-lərdə din birtərəfli təbliğ olunur. Telekanallarda pirlərdən, falçılıqdan və s. eybəcərlikdən danışılır. Lakin KİV-lər pisliklərlə yanaşı, yaxşılığı da deməlidirlər. Axı, əsl din, əsl İslam bu deyil".
QMİ sədri din xadimlərinə çıxışlarında yalnız haqqı söyləməyi tövsiyə edib. Onun fikrincə, din xadimləri dini radikallığa qarşı konkret mövqelərini ifadə etməlidirlər.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Paytaxtın bəzi rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq
22.01.2019
Gələcəkdə “BakıKart”ların balansının onlayn artırılması mümkün olacaq
22.01.2019
“Bakcell”dən 6 bölgənin sakinlərinə 5 GB PULSUZ İnternet!
22.01.2019
Azərbaycanda tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza formalaşdırılıb
22.01.2019
Mübariz Qurbanlı şimal bölgəsindən olan sakinlərin müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info