Səudiyyə Ərəbistanı Azərbaycanın Qarabağ münaqişəsində mövqeyini daima dəstəkləyəcək
Tarix: 06.06.2014 | Saat: 21:03:00 | E-mail | Çapa göndər


Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikasının parlamentlərarası dostluq qrupunun sədri Abdullah bin Məhəmməd ən-Nasirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətini salamlayan X.Xələfov ölkələrimiz arasındakı əlaqələrin dərin tarixi köklərə əsaslandığını və hazırkı münasibətlərin dinamik inkişafından məmnunluq hissi duyduğunu dilə gətirib.
İki ölkə arasında əlaqələrin yüksək səviyyədə inkişaf etməsinin Krallıq tərəfindən daim dəstəkləndiyini qeyd edən X.Xələfov nümayəndə heyətinin bu səfərini yüksək qiymətləndirib və səfərin Səudiyyə Ərəbistanı-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinə töhfə verəcəyinə inandığını bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri, Azərbaycan torpaqlarının işğalı, qaçqın və köçkünlərin problemləri, münaqişənin həlli prosesində Ermənistanın pozucu mövqeyindən danışan nazir müavini Səudiyyə Ərəbistanının hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini qonağın nəzərinə çatdırıb.
Nümayəndə heyətinin başçısı Abdullah bin Məhəmməd ən-Nasir öz təşəkkürünü bildirərək, ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə yüksək səviyyədə olduğu fikrinə qoşulduğunu qeyd edib, Səudiyyə Ərəbistanının dünya ölkələrini hər zaman sülhə çağırdığını və öz din qardaşlarını bütün məsələlərdə dəstəklədiyini bildirib. Krallığın Azərbaycan Respublikasının müstəqilliyini tanıyan və ona Ermənistan tərəfindən edilmiş təcavüzləri qınayan ilk ölkələrdən biri olduğunu dilə gətirən qonaq ölkəsinin Azərbaycanın bu münaqişədə haqlı mövqeyini daima dəstəklədiyini və dəstəkləməyə davam edəcəyini vurğulayıb.
İqtisadi, mədəni, humanitar, turizm, təhsil və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd edən qonaq bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi ilə həmrəy olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info