Tibb Universiteti İstanbul Bilim Universiteti ilə memorandum imzaladı
Tarix: 06.06.2014 | Saat: 21:55:00 | E-mail | Çapa göndər


Azərbaycan Tibb Universitetinin (ATU) Cərrahiyyə Klinikasında Endoskopik və Robotik Cərrahiyyəyə həsr olunmuş konfrans keçirilib. Tədbirdə ATU rektoru, akademik Əhliman Əmiraslanov, Türkiyənin tanınmış cərrahları, beynəlxalq mütəxəssislər iştirak edirdilər. Konfransın açılışında çıxış edən millət vəkili Ə.Əmiraslanov müasir tibb elmində endoskopik və robotik cərrahiyyənin xüsusi önəm daşıdığını bildirdi. Akademikin sözlərinə görə, hazırda Azərbaycanda müasir cərrahiyyənin yüksək texnologiyalı istiqamətlərindən biri olan endocərrahi əməliyyatlar aparılır. Rektor vurğuladı ki, ATU-nun Cərrahiyyə Klinikasında belə əməliyyatların keçirilməsi üçün hər cür avadanlıq var. İstanbul Bilim Universitetinin rektoru Çavlan Çiftçi Türkiyədə endoskopik və robotik cərrahiyyə sahəsində qazanılan uğurlardan danışdı və çıxışını video təqdimatla yekunlaşdırdı. “Florance Nightingale” xəstəxanalar qrupunun baş həkimi Sinan Aran bu sahədə praktikada üzləşdikləri hallar haqqında məlumat verdi. Açılış nitqlərindən sonra Azərbaycan Tibb Universiteti və İstanbul Bilim Universitetləri arasında qarşılıqlı əməkdaşlıq protokolu imzalandı. Konfransda Baku City Hospitalın rəhbəri pr. Surxay Hadıyev “Qaraciyər sirrozu fonunda laparoskopik xolesistektomiya”, türkiyəli prof. İlkkan Dünder “Ginekologiya və ginekoloji onkologiyada robotik cərrahiyyənin yeri” mövzusunda məruzə ilə çıxış etdilər. Konfransın gedişində həmçinin “Laparoskopik Kolorektal Cərrahiyyə”, “Ağciyər xərçənglərində minimal invazif cərrahiyyə”, “Neyroonkoloji xəstəliklərdə yeni texnologiya və metodlar” və digər mövzular üzrə müzakirələr aparıldı. Qeyd edək ki, konfrans Tibb Universiteti, İstanbul Bilim Universiteti, “Florance Nightingale” xəstəxanalar qrupu və Baku City Hospitalın təşkilatçılığı ilə keçirilib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
27.06.2019
Köçkün qəsəbələrində yaşayanlar gender mövzusunda maarifləndiriliblər
27.06.2019
“Diplomatiya Akademiyası” layihəsi çərçivəsində ikinci görüş keçirilib
27.06.2019
Azərbaycanda Həcc ziyarəti üçün müraciətlərin sayı 1100-ü ötüb
27.06.2019
Meksikada Azərbaycanın mədəniyyəti və milli mətbəxi təqdim olunub
26.06.2019
“Rossiyskaya qazeta” rusiyalı turistləri Azərbaycana dəvət edir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info