Məktəblilər arasında rəsm və foto müsabiqəsi keçirilib
Tarix: 06.06.2014 | Saat: 22:36:00 | E-mail | Çapa göndər


Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyi Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi ilə birlikdə meşələrin qorunması və iqlim dəyişmələrinin meşələrə təsirinin öyrənilməsi istiqamətində məktəblilərin ekoloji maarifləndirilməsi məqsədilə Ağsu və Yevlax rayonu orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “İqlim dəyişmələri və meşələr” mövzusunda rəsm və foto müsabiqəsi keçirib.
Müsabiqənin əsas məqsədi meşələrin qlobal əhəmiyyəti, unikal canlılar aləmi, ekoloji problemləri, iqlim dəyişmələrinin meşələrə təsiri barədə məktəblilərdə ekoloji biliklərin artırılması, meşələrə məsuliyyətli və qayğıkeş münasibətin yaradılması, onların meşələrin qorunmasında fəal iştiraka həvəsləndirilməsindən ibarət olub. İki nominasiya: foto və rəsm üzrə elan edilmiş müsabiqəyə 50 foto və rəsm işi təqdim edilib.
Müsabiqəyə təqdim olunmuş fotolar və rəsm işləri məktəblilərin gözü ilə meşələrin əsas ekoloji problemlərini və qorunmasının əhəmiyyətini, iqlim dəyişmələrini və digər neqativ amillərin meşələrə təsirini əks etdirib. Müsabiqənin qalibləri 3-4 iyun tarixlərində Ağsu və Yevlax rayonlarında rayon təhsil şöbə nümayəndələrinin, uşaq yaradıcılıq mərkəzlərinin, məktəb rəhbərlərinin, şagirdlərin və valideynlərin iştirak etdiyi tədbir zamanı qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, ekoloji maarifləndirmə məqsədi daşıyan bu tədbirlər Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Cənubi Qafqaz ölkələrində meşə ekosistemlərinin transformasiya yolu ilə iqlim dəyişmələrinə qarşı dözümlülüyününartırılması” layihəsi çərçivəsində təşkil edilib. Layihəsinin əsas məqsədi cənubi Qafqazda meşə ekosistemlərinin iqlim dəyişmələrinin təsirinə qarşı dözümlülüyünü artırmaq, biomüxtəlifliyi və yerli əhalinin yaşayışını zənginləşdirməkdir.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info