Mixel Servaes: “Ermənistanın Moskvanın təsiri altında olması bizi məyus etdi”
Tarix: 07.06.2014 | Saat: 00:57:00 | E-mail | Çapa göndər


“Avropa İttifaqının Şərq Tərəfadşlığı ölkələrindən biri kimi, Azərbaycan hər zaman bizim diqqətimizdədir. Bu sıraya Moldova, Gürcüstan və Ukrayna da daxildir. Ermənistan da bu sırada idi. Ancaq Ermənistanın Moskvanın təsiri altında olması bizi məyus etdi...”.
Bu fikirləri Niderlandın millət vəkili Mixel Servaes diaspor jurnalisti Vüqar Abbasova müsahibəsində bildirib (Expontomagazine). Qeyd edək ki, M.Servaes eyni zamanda PvdA (İşçi Partiyası) parlament fraksiyasının Avropa siyasəti üzrə sözçüsüdür. O deyib ki, 2004 - cü ildə Niderland ATƏT-in sədri olanda Azərbaycan və Ermənistan arasında vasitəçilik etmək istəyib: “Amma təəssüf ki, alınmadı. Əlbəttə, müəyyən irəliləyişin olması lazımdır. Kim bu irəliləyişin qarşısını alır? Ancaq Rusiyamı? Buna inanmıram. Mən Rusiyanın bölgənizə təsirini inkar etmirəm. Gürcüstana son səfərim vaxtı da bunun bir daha şahidi oldum. Gürcüstan istəyir ki, Rusiyanın təsir dairəsindən çıxsın. Ancaq bu o qədər də asan deyil.
Ermənistan da Rusiyanın təsir dairəsindədir. Tbilisidəki səfirliyimizin işçisi Ermənistana səfər etmişdi və o da bu ölkənin açıq-aydın Rusiyanın təsirində olduğunu bildirdi. Hazırda Avropa Rusiyadan olan qaz aslılığını, mümkün qədər, azaltmağa çalışır və alternativ variantlar üzərində düşünür. Buna görə də, cənub ölkələri bizim diqqət mərkəzimizdədir. Enerji ehtiyacımız, istər İraqdan, istər Xəzər dənizindən ödənsin, fərq etməz. Önəmli olan Avropanın Rusiyadan bu sahədəki asılılığını azaltmaqdır...”
Onun sözlərinə görə, Niderlandda bəzi partiyalar Ermənistanla yaxından maraqlanır, diqqət göstərirlər: “Bunlar, xüsusilə, xristian yönümlü partiyalardır. Onlar, istər Ermənistandakı, istərsə də başqa ölkələrdə, Türkiyədə, Suriyada yaşayan xristian ermənilərlə əlaqələr yaradırlar. Ancaq bunu bir neçə partiyaya, bəzən isə parlamentin ayrı-ayrı üzvlərinə aid etmək olar və bu çox vaxt həmin parlamentarilərin müəyyən bağlılıq və münasibətlərindən irəli gəlir”.
Millət vəkili inanır ki, ATƏT, problemin səbəblərini dərindən bilərək, onu həll etməyə vasitəçilik edə bilər: “Ancaq bu problem nə Avropanın, nə də ATƏT-in deyil. Bu problemi hər iki tərəf özü həll etməkdə maraqlı olmalı və həll etməlidir. Ancaq Avropanın hər hansı bir dövlətin tərəfini tutduğunu, bir daha qeyd edirəm ki, tamamilə, inkar edirəm”.
M.Servaes iki ölkə arasındakı danışıqlarda heç bir irəliləyişin olmamasına təəssüf edir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
“Amnesty International“ idmanın siyasiləşdirilməsi istiqamətində ermənilərlə ortaq taktika həyata keçirir
24.05.2019
Nikol Paşinyan Qarabağ klanından qorxduğu üçün oğlunu təhlükəsiz yerə köçürüb
24.05.2019
Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamaq cəhdləri baş tutmayacaq
24.05.2019
“Çimərlikdə qadağanedici şarları keçmək olmaz”
24.05.2019
İran bombardmana məruz qalsa belə təslim olmayacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info