Axund və imamlara vahid geyim verilib
Tarix: 07.06.2014 | Saat: 01:32:00 | E-mail | Çapa göndər


Allahşükür Paşazadə: “Kurslarda təkmilləşdirilən dindarların başlıca məqsədi radikal qruplara qarşı mübarizə olacaq”
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) nəzdində fəaliyyət göstərən din xadimlərini təkmilləşdirmə kurslarının ilk mərhələsinin başa çatması ilə bağlı sədr Şeyxülislam Hacı Allahşükür Paşazadənin iştirakı ilə tədbir keçirilib. Çıxış edən A.Paşazadə bildirib ki, bu təkmilləşmə kursları dindarlara din öyrədilməsi demək deyil:
“Çünki artıq dinə münasibətdə bəzi məsələlər dəyişməlidir. Siz buradan qayıdandan sonra moizələrinizdə çox böyük dəyişiklik olmalıdır. Siz burada Şəhidlər xiyabanını və digər yerləri gördünüz. Haqqı və ədaləti təbliğ etməlisiniz. Ən böyük üstünlük isə odur ki, burada imam və axund eyni yerdə əyləşib, eyni bilikləri bölüşdü”. Allahşükür Paşazadə qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən kurslarda təkmilləşdirilən dindarların başlıca məqsədi radikal qruplara qarşı mübarizə olacaq. O qeyd edib ki, kurslarda Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun və digər vacib qurumların əməkdaşları dindarlarla kifayət qədər söhbət edib: “Bu söhbətlərin nəticəsi olaraq bu dindarlar artıq bu gün baş verənlərlə, dövlətə qarşı olan qüvvələrlə kəskin mübarizə aparacaqlar”. Şeyxulislam çıxışı zamanı Ukraynada baş verənlərə münasibət bildirib. A. Paşazadə qeyd edib ki, bu gün Ukraynada xristian xristianı qırır: “Bu, arzuolunmaz haldır”. Şeyx eyni halın müsəlman aləmində də baş verməsindən danışaraq, bunu Azərbaycanda təkrarlamaq istəyənlərə mesaj verib: “Bunu Azərbaycanda təkrarlamağa cəhd edənlər bilsinlər ki, bu niyyət burada kök sala bilməz. Azərbaycanda qarşıdurma yaratmaq istəyənlər arzularına çatmayacaqlar. Buna əmin olsunlar. Çünki Azərbaycanda buna imkan yoxdur. Nurçuluq, təfkirçilik, sələfilik və digər istənilən təriqət radikallıqla məşğul olacaqlarsa, yerindəcə qarşısı alınacaq”. Allahşükür Paşazadə ölkənin din xadimlərinə müraciət edərək, radikal dini qruplaşmaların basqısından qorxmamağa çağırıb. O deyib ki, əsl dindarlar ayıq-sayıq olmalıdırlar. Şeyx əvvəlcə mətbuatdan din xadimləri ilə bağlı yazılanlara etirazını bildirib: “Mətbuatda dinin birtərəfli qaydada təbliği gedir. Telekanallarda pirlərdən, falçılıqdan və digər eybəcərlikdən danışılır. Amma media pisliklərlə yanaşı, yaxşılığı da deməlidir. Mən demirəm pislikdən yazmayın. Yazın. Amma bunun yaxşı olanları da var axı”. Şeyx mətbuatda dinin pis tərəfdən təbliğinə səbəb olan dindarlardan da danışaraq, dindarları onlara qarşı mübarizə aparmağa çağırıb: “Ölkədə din xadimi adı ilə təhlükəli, saxta adamlar peyda olub ki, onlara din xadimi demək olmaz. Əsl dindarlar haqqı söyləyərək onlara qarşı ayıq-sayıq olmalıdır. Siz çəkinməyin, bu gün hansısa vəhhabi, uzun saqqalı-filan ağzına gələni danışır. Hətta şiələr arasında da radikallıq nümayiş etdirənlər var. Məsələn, fətva verir ki, get filankəsin başını kəs. Belə hala qarşı qorxmayın, əksinə, haqqın tərəfində olaraq onlara imkan verməyin”. Şeyx din xadimlərinə çıxışlarında yalnız haqqı söyləməyi məsləhət görüb: “Sizə çağırış edirəm, din xadimləri dini radikallığa qarşı konkret mövqelərini ifadə etməlidirlər”. Tədbirdə din xadimlərinə kursu bitirmələrinə dair müvafiq sertifikat və din xadimləri üçün QMİ tərəfindən hazırlanmış geyim dəstləri təqdim olunub. Kurslarda iştirak etmiş 50 nəfər din xadimi, yəni Azərbaycanın müxtəlif bölgələrini təmsil edən axundlar və imamlar bir aylıq müddət ərzində yüksək səviyyədə təşkil olunmuş mühazirələr dinləyib, müasir informasiya texnologiyaları ilə işləmək vərdişlərini dərinləşdirib, dini bilik səviyyələri ilə yanaşı, ictimai və dünyəvi biliklərini artırmaq imkanına malik olublar. Din xadimləri bu dövr ərzində din-dövlət münasibətləri, din xadimlərinin nitq mədəniyyəti, Vətən tarixi, mədəniyyəti, dini maarifləndirmədə KİV-in rolu və s. mövzularda millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyyad Salahlı, QMİ sədri Allahşükür Paşazadə və sədrin müavinləri, Bakı İslam Universiteti və Bakı Dövlət Universitetinin tanınmış alimlərinin sanballı mühazirələrini dinləyiblər. Din xadimlərinin təkmilləşdirmə kursları mütəmadi olaraq bundan sonra da davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info