“The Washington Post“: “Ukrayna mübarizəsində Putin qalib görünür”
Tarix: 07.06.2014 | Saat: 01:43:00 | E-mail | Çapa göndər


"The Washington Post" yazır ki, Ukraynanın yeni seçilmiş pezidenti Petro Poroşenko Varşavada ABŞ prezidenti Obamanın dəstəyi bərədə vəd alıb: “Lakin Ukraynanın gələcəyi üçün bu mübarizədə Vladimir Putin daha çox qalib kimi görünür.
Qeyd edək ki, Obama Varşavada növbəti azadlıq müdafiəçisi kimi çıxış etdiyi zaman, Rusiya tərəfindən dəstəklənən hərbi qüvvələr Ukraynanın Luqansk vilayətində böyük bir hücum həyata keçirərək milli qvardiyanın sərhəd nəzarət nöqtəsini ələ keçirib. NATO-nun Avropadakı qüvvələrinin komandiri general Filipa Bridlava görə, döyüşçülər “yaxşı təşkil edilmiş və yaxşı maliyyələşdirilən” Rusiya tərəfindən istiqamətləndirilir. Putinin tərəfdarları Luqanskda nəzarəti gücləndirməklə yanaşı, qonşu Donetsk vilayətində də prezident seçkilərindən sonra daha da aktivləşiblər. Lakin Putin bu təcavüzə, ABŞ və Avropa Birliyinin təhdid etdiyi sanksiyalara rəğmən, heç bir müvafiq qiymət vermədən çərşənbə günü Fransaya - Britaniya, Fransa və Almaniya liderləri ilə görüşə gedib. Bu arada ABŞ prezidenti Obama da “Rusiya ilə yaxşı münasibətlərin saxlanmasının əhəmiyyəti” və gələcəkdə "etimadın müəyyən bərpası"na ümidvar olduğunu bildirib.
Belə ki, Putin Krımda möhkəmlənmək üçün Şərqi Ukraynada istinad nöqtəsi əldə etməyə çalışır. Məhz elə bunun nəticəsidir ki, Ukrayna sərhədlərindəki səhra düşərgələrində yerləşən rus qoşunları hələ də bu ölkədəki silahlıları hərbi ləvazimatla təmin edirlər.
Amma Qərb liderləri yenidən Rusiyanın bu mövqeyinə “nəvaziş” nümayiş etdirərək, Poroşenkonu Kremlin tələblərinə cavab yollarını tapmağa sövq edirlər”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info