Zaqatala Rayon Məhkəməsinin yeni inzibati binasının təməli qoyulub
Tarix: 07.06.2014 | Saat: 01:48:00 | E-mail | Çapa göndər


Prezidentin rəhbərliyi ilə respublikamızda aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatları çərçivəsində ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə məhkəmələrin yüksək statusuna uyğun müasir infrastruktur yaradılır.
2012-ci ildə Zaqatala rayonunda baş vermiş zəlzələ nəticəsində bir çox yaşayış və sosial obyektlərlə yanaşı, rayon məhkəməsinin binası da qəzalı vəziyyətə düşmüşdü. Bununla əlaqədar təhlükəsizliyin təmin olunması məqsədilə məhkəmənin fəaliyyəti müvəqqəti olaraq digər binada davam etdirilib. Dövlət başçısının tapşırığına uyğun olaraq Zaqatala Rayon Məhkəməsi üçün torpaq sahəsi ayrılıb, yeni binanın layihələndirilməsi ilə bağlı müvafiq hazırlıq işləri aparılıb. Dünən Zaqatala Rayon Məhkəməsinin yeni müasir inzibati binasının təməlqoyma mərasimi keçirilib. Mərasimdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, habelə bölgənin hakimləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Fikrət Məmmədov bu ərazidə inşa edilən və tikintisi başa çatmaqda olan Heydər Əliyev Mərkəzinin yeni binasında aparılan tikinti və tərtibat işləri ilə tanış olub.
Təməlqoyma mərasimindən öncə tədbir iştirakçıları Zaqatala Rayon Məhkəməsinin və digər yeni məhkəmə binalarının layihələrini əks etdirən stendlərə baxıblar.
Məlumat verilib ki, ümumi sahəsi 2,3 min kvadratmetr olan, üç mərtəbədən və zirzəmidən ibarət yeni məhkəmə binası ictimai və inzibati zonalara bölünməklə müasir texnologiya və avadanlıqla təchiz olunacaq. Binada videokonfransların, elektron sənəd dövriyyəsinə və məhkəmə işlərinin idarə olunmasına xidmət edən audio və video sistemlər, digər zəruri infrastruktur quraşdırılacaq.
Mərasimdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov diqqətə çatdıb ki, son illər regionlarda 20-dək yeni məhkəmə yaradılıb, hakimlərin sayı iki dəfə artırılıb, onların Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi aparılıb, eləcə də maddi təminatı xeyli yaxşılaşdırılıb.
Nazir Fikrət Məmmədov zəlzələ nəticəsində Zaqatala Rayon Məhkəməsinin binasının zədələndiyini, buna görə də yeni müasir binanın inşasının məhkəmə sistemində aparılan islahatlara əlavə töhfə olmaqla, məhkəmənin fəaliyyətinin yüksək səviyyədə təmin edilməsinə, vətəndaşların müraciət imkanlarının daha da asanlaşdırılmasına və insan hüquqlarının etibarlı təminatına xidmət göstərəcəyinə əminliyini bildirib.
Sonra məhkəmə binasının təməli qoyulub. Tikinti işlərinin bir il müddətinə başa çatdırılması nəzərdə tutulur.
Həmin gün nazirliyin rəsmiləri regionun məhkəmə və ədliyyə orqanlarına, o cümlədən qeydiyyat, notariat və icra qurumlarına baş çəkərək onların fəaliyyəti və problemləri ilə maraqlanıb, iş şəraiti ilə tanış olub.
Sonra bölgənin hakimləri və ədliyyə işçilərinin iştirakı ilə zona müşavirəsi keçirilib.




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Bu gün ilaxır – Torpaq çərşənbəsidir
18.03.2019
Avtomobildən telefon oğurlayan şəxs saxlanılıb
18.03.2019
Masallı “ASAN Həyat” kompleksində möhtəşəm Bahar festivalı
18.03.2019
900 mindən çox pirotexniki vasitə aşkarlanıb
18.03.2019
Novruz bayramı ərəfəsində növbəti yarmarka təşkil olundu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info