Bir neçə azərbaycanlı Ukraynada mühüm dövlət vəzifələrinə seçilib
Tarix: 09.06.2014 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


Azərbaycanın Dubaydakı keçmiş vitse-konsulu, hazırda Ukrayna Qafqaz Xalqları Konqresinə rəhbərlik edən Paşa İlisuyskiy (Məmmədov), tanınmış hüquqşünas Aqiyə Axundova və məşhur jurnalist Rəna Nəzərova Ukraynada hakimiyyət dəyişikliyindən sonra dövlət orqanlarında mühüm vəzifələrə seçiliblər.
P. İlisuyskiy (Məmmədov) APA-ya açıqlamasında bildirib ki, Ukrayna Xarici İşlər Nazirliyinin Radasına təyinat alıb.
XİN-in Radası Ukrayna xarici siyasətinin müəyyən olunmasında məşvərətçi orqandır, eyni zamanda səfirlərin təyinatı zamanı təqdimat funksiyasını yerinə yetirir. P. İlisuyskiy (Məmmədov) XİN-in Radasında yer alan yeganə azərbaycanlıdır. O, Azərbaycanın Ağciyər Xəstəlikləri İnstitutunun baş həkimi, Qax rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Xəyyam Məmmədovun oğludur.
Ukraynanın məşhur jurnalisti Rəna Nəzərova isə mayın 25-də keçirilən seçkilərdə Kiyev şəhər Radasına üzv seçilib. O, Kiyev meri seçilən Vitali Kliçkonun “UDAR” (Ukrainskiy Demokratiçeskiy Alyans za Reformı) Partiyasının siyahısından Kiyev Radasına üzv seçib və bu orqanda təmsil olunan yeganə azərbaycanlıdır.
Bundan başqa tanınmış hüquqşünas Aqiyə Axundova isə Ukrayna Nazirlər Kabinetinin qərarı ilə ölkənin Dövlət İcraçıları Xidməti rəisinin birinci müavini təyin edilib. A. Axundova Maydan hərəkatı iştirakçılarının hüquqlarının aktiv müdafiəçisi olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.07.2019
Azərbaycan üçün ən önəmlisi maraqlarımızın tam şəkildə əks olunduğu sazişin əldə olunmasıdır
15.07.2019
Mühacirlərlə ənənəvi müxalifətin mövqe savaşı davam edir
15.07.2019
Gürcüstan səfiri XİN-ə çağırılıb, ondan sərhəddəki insidentlə bağlı izahat istənilib
15.07.2019
Səfir: Azərbaycan xalqı, hökuməti 15 iyul hadisələrində Türkiyəyə dəstək verdi
15.07.2019
Bəhruz Həsənov: FETÖ terror təşkilatının Azərbaycandakı bütün dayaqları sarsıdılıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info