UNİCEF-lə birgə Fəaliyyət Planı imzalanıb
Tarix: 09.06.2014 | Saat: 19:01:00 | E-mail | Çapa göndər


İyunun 9-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə UNİCEF arasında 2014-2015-ci illər üzrə əməkdaşlıq istiqamətlərini əhatə edən birgə Fəaliyyət Planı imzalanıb.
Nazirlikdən bildirilib ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Prezident İlham Əliyevin sosial sahəyə diqqət və qayğısının uşaqlarla bağlı dövlət siyasətinin, o cümlədən ölkədə uşaqların sosial müdafiə hüquqlarının təminatı sisteminin güclənməsinə səbəb olduğunu deyib.
Nazir diqqətə çatdırıb ki, bu istiqamətdə aparılan işlərdə UNİCEF-in Azərbaycan nümayəndəliyi ilə bizim əməkdaşlığımız getdikcə genişlənir. “Sosial xidmət haqqında” qanunun hazırlanmasında, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının ratifikasiyasında, eləcə də sağlamlıq imkanları məhdud uşaqlar və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası sisteminin institusional və texniki baxımdan dəstəklənməsində bu əməkdaşlığın mühüm rolu vardır.
S.Müslümov bildirib ki, imzalanan Fəaliyyət Planında “Uşaq qayğı sistemində islahatlar” üzrə birgə Tədbirlər Planının icrası, uşaqlarla bağlı sosial xidmətlər sisteminin inkişafının texniki dəstəklənməsi, bu sahədə peşəkar kadr resurslarının artırılması əksini tapıb. Plan üzrə fəaliyyət istiqamətlərindən biri də nazirliyin tabeliyindəki bərpa mərkəzlərinin sosial reabilitasiya imkanlarının artırılması olacaq. Bu, reabilitasiya sferasında tibbi modellə yanaşı, sosial modelin tətbiqinin də genişlənməsinə yardım edəcək. Nazir sosial sifarişlər üzrə prioritetlərin müəyyənləşdirilməsi və müvafiq texniki tapşırıqların hazırlanması, çətin həyat şəraitində olan uşaqların və onların ailələrinin sosial xidmətlərə çıxışının texniki dəstəklənməsi, sosial sifarişlər əsasında icra olunan layihələrin icra mexanizminin təkmillləşdirilməsi və digər vacib sahələrdə Fəaliyyət Planı üzrə birgə işlərin aparılacağını qeyd edib.
UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard ötən müddətdə Azərbaycanla əməkdaşlığını uşaq hüquqlarının müdafiəsində birgə və səmərəli səylər göstərilməsinin yaxşı bir nümunəsi kimi dəyərləndirib. M.Herevard imzalanan Planın zəruri iş sahələrini kifayət qədər dəqiq və dolğun şəkildə əhatə etdiyini demiş, aparılacaq işlərin Azərbaycanda uşaqlara qayğı sisteminin daha da təkmilləşməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, Fəaliyyət Planında 2014-2015-ci illərdə görüləcək işlər sırasında respublikanın regionları üzrə sosial xidmətlərə ehtiyacları əks etdirən “Sosial xəritələşmə” layihəsi əsasında 2015-ci və sonrakı illər üçün prioritet istiqamətlərin müəyyən olunması da yer alıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info