Hər gün bütün mediada gedən məlumatlar izlənilir
Tarix: 09.06.2014 | Saat: 19:24:00 | E-mail | Çapa göndər


Təhsil Nazirliyi hər ay ərzində təhsillə bağlı mətbuatda dərc olunan yazıların hesabatını hazırlayır. Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universiteti “Media və təhsil dialoqu: yeni çağırışlar” mövzusunda keçirilən praktik konfransda çıxış edən Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bildirib ki, hər gün bütün mediada gedən məlumatlar izlənilir. Onun sözlərinə görə, bunun üçün mühüm texnologiya yaradılıb və bunun vasitəsilə gün ərzində mətbuatda təhsillə bağlı gedən bütün materialların hesabatı toplanılır.
Nazirliyin sektor müdiri media sahəsində təhsillə bağlı görmək istədikləri məsələləri də açıqlayıb: “Bu gün təhsillə bağlı araşdırma jurnalistikasını görə bilmirik. Mart ayında mətbuat çalışan jurnalistlər üçün müsabiqəyə yekun vuruldu. Lakin müsabiqəyə təqdim olunan yazıların böyük əksəriyyəti də həmin araşdırma yazıları deyildi.
Azərbaycan jurnalistikasının ən böyük problemindən biri də sosial jurnalistikadır. Media qlobal rəqəmsallaşır. Sosial mediada bütün blokları, çatları tam izləmək mümkün deyil. Bunun üçün xüsusi qabiliyyət, vərdişlər olmalıdır. Bunun üçün sosial medianı bilən jurnalist, işçi olmalıdır. Sentyabrdan başlayaraq bu işə daha ağırlıq veriləcək. Təhsil Nazirliyinin yeni saytı istifadəyə veriləcək. Bununla da təhsil sahəsi üzrə virtual əlaqələndirmə yaradılacaq. Təhsil sistemi arasında virtual mühit, zolaq yaranmalıdır ki, bütün məlumatlar respublikanın bütün ərazilərində yayılsın”.
Təhsil Nazirliyinin vebmasteri Mehman Şəfaqətov isə Təhsil Nazirliyi tərəfindən may ayında aparılan hesabatı açıqlayıb. O bildirib ki, hesabat tamamlanan fəaliyyət, media dərcləri, cari fəaliyyət və gələcək fəaliyyət istiqamətlərində aparılır. Onun sözlərinə görə, ay ərzində dərclərin ümumi sayı 738 olub. Bunlardan 486-sı pozitiv, 168-i neytral, 84-ü neqativ olub. May ayında mətbuatda təhsillə bağlı pozitiv yazılar daha çox olub. KİV-in tipinə gəlincə, yazıların 728-i onlayn mediadan, 10-u isə çap mediada işıqlandırılıb. May ayında ən çox müzakirə olunan mövzu 7 saylı İnternat Məktəbində döyüldüyü iddia olunan uşaqla bağlı olub. Bir sözlə, təhsillə bağlı bütün məlumatlar, görülən işlər tədbirlər nazirliyin saytında, rəsmi Facebook səhifəsində və təhsil nazirinin özünün Facebook səhifəsində yerləşdirilir”.
Tədbir “Krizis kommunikasiyada media” mövzusunda Bakı Dövlət Universitetinin kafedra müdiri Aynur Kərimovanın məruzəsi ilə davam etdirilib. Bundan sonra bütün məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.
Konfransın ikinci paneli Azərbaycan Dövlət İqtisad Universitetində keçiriləcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info