“The National İnterest”: “Ukrayna böhranını necə həll etməli?”
Tarix: 09.06.2014 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


ABŞ Ukraynaya “başlanğıc nöqtəsi”nə qayıtmağı təklif etdi

ABŞ-ın “The National İnterest” nəşri “Ukrayna böhranını necə həll etməli?” başlıqlı məqalə dərc edib. Müəllif Qrehem Ellison Ukrayna ətrafında baş verən hazırkı prosesləri təhlil edərək, mövcud böhrandan çıxmaq üçün yollar göstərir: “Ukraynanın şərqində konfliktin həllinə kömək etmək, bu dövlətin siyasəti üçün xarakterik olan qeyri-stabilliyi aradan qaldırmaq, faktiki olaraq çökən iqtisadiyyatı xilas etməyin 6 şərti var”. Müəllifin fikrincə, Ukrayna heç bir hərbi blokda iştirak etməyən neytral dövlət statusunu saxlamağa sadiqliyini təsdiq etməlidir. “Belə ki, o, nə NATO-nun tərkibinə daxil olmalıdır, nə də Rusiyanın rəhbərliyi altında hər hansı bir alyansa girməlidir. İkincisi, hazırda çətin günlərini yaşayan bu ölkə həm Avropa İttifaqı, həm də Rusiya ilə iqtisadi saziş bağlamalıdır. Üçüncüsü isə, Ukrayna hökuməti səlahiyyətlərinin bir hissəsini regionlara verməlidir. O cümlədən müstəqil qubernator seçmək imkanı yaradılmalıdır. Dördüncüsü, Ukrayna Avropa standartlarına uyğun olaraq, azlıqların hüquqlarının müdafiəsinə təminat verməlidir. Həmçinin, bəzi regionlarda rus dilinin 2-ci rəsmi dil olması statusu qaytarılmalıdır. Beşincisi, bütün silahlı birləşmələr buraxılmalı, əli qana batanlardan başqa hamıya amnistiya verilməlidir. Ən nəhayət sonuncu, altıncısı isə, Ukraynanın yeni seçilən Prezidenti Qərb ölkələri ilə təhlükəsizlik məsələlərinə dair saziş imzalamalıdır”.
ABŞ mətbuatında yer alan bu şərtləri oxuyarkən, istər-istəməz böhrandan qabaqkı dövr yada düşür. Hazırda amerikalı ekspertin arzuladığı sabitlik şərtləri o zaman mövcud idi. Ukrayna heç bir bloka qoşulmamışdı, həm Avropa, həm də Rusiya ilə iqtisadi əlaqələr saxlayırdı, ərazi bütövlüyü toxunulmaz idi, rus dili ölkədə 2-ci rəsmi dil kimi yüksək statusa malik idi... İqtisadiyyata gəldikdə isə, ölkənin iqtisadi durumu indiki defolt vəziyyətindən qat-qat yüksək səviyyədə idi. Belə olan təqdirdə, amerikalı ekspertə sual ünvanlamaq istəyirik. Əgər “sıfır” variantına, böhrandan əvvəlki vəziyyətə qayıdacaqdınızsa, bütün bunlar nəyə lazım idi? Minlərlə insan taleyi məhv oldu, iqtisadiyyata milyardlarla zərər dəydi, Ukraynada siyasi böhran dərin izlər buraxdı ki, bundan sonra ölkədə milli azlıqların ordunun nə zamansa onlara qarşı yenidən silah işlətməyəcəyi inamı sıfıra endi. Olmazdı ki, bu ölkənin daxili işlərinə qarışmayaydınız? Olmazdı ki, Rusiya ilə həmişə normal münasibətlərdə olmuş Ukraynanı bu günə qoymaq üçün 5 milyard xərcləməyəydiniz? Bu maliyyəni daha effektiv və xeyir gətirən işlərə də sərf etmək olardı. İndi isə Krımsız qalan Ukraynaya təklif edirsiniz ki, qayıdaq başlanğıc nöqtəsinə...
Tural




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Strasburqda Azərbaycanda aparılan islahatlara həsr olunmuş tədbir keçirilib
26.06.2019
NATO-nun mənzil qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edilib
26.06.2019
Azərbaycan Ordusunun zabiti beynəlxalq forumda sertifikata layiq görülüb
25.06.2019
Azərbaycanlı deputat AŞ PA-nı Ermənistana qarşı sərt addımlar atmağa çağırıb
25.06.2019
İcma sədri Ermənistan XİN rəhbərinə cavab verib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info