Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə xeyriyyə aksiyası keçirilib
Tarix: 09.06.2014 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


Rusiya paytaxtında Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın təşəbbüsü, İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin dəstəyi ilə Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr olunan xeyriyyə aksiyası keçirilib. Məlumata görə, uşaqlar üçün bayram şənliyi paytaxtın Mandelştam adına parkında təşkil olunub. Xüsusi olaraq uşaqlar üçün sehrbazlar və rəqs qruplarının iştirakı ilə əyləncəli proqramlar hazırlanıb. Tədbirin iştirakçıları olan balacalar müxtəlif müsabiqələrdə iştirak ediblər. Uşaqların valideynləri də tədbirdə aktiv iştirak edərək balacalarla birlikdə mərasimə rəng qatıblar.
Gənc Stomatoloqlar Assosiasiyası tərəfindən körpəlik vaxtından dişlərin qayğısına qalmaq barədə master-klass göstərilib.
Tədbirin sonunda uşaqlara Heydər Əliyev Fondu və RAGT tərəfindən hədiyyələr, uşaqların valideynlərinə isə "AMOR" jurnalı hədiyyə olunub.
Qeyd edək ki, tədbirin təşkilatçıları olan fəallar arasında Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Azərbaycan, Yaponiya, Malayziya, Özbəkistan və Çindən olan tələbələri də olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“ADEX-2018” müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək
24.09.2018
Diaspor təşkilatları əməkdaşlığı gücləndirirlər
24.09.2018
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info