Serial mövzuları xarici filmlərdən götürülür
Tarix: 09.06.2014 | Saat: 20:58:00 | E-mail | Çapa göndər


Fuad HÜSEYNZADƏ |

İstənilən yaradıcılıq məhsulu həmişə gerçəkliyi əks etdirəndə, həyatla uyğunluğu olanda kütlə tərəfindən maraqla qarşılanır. Bunun əksi olan yaradıcılıq nümunələri bayağı görünür, eləcə də cəmiyyətdə gülüş və qıcıq yaradır. Son zamanlar çəkilən yerli seriallar cəmiyyət tərəfindən belə qarşılanır. Bu baxımdan cəmiyyətin haqqı var. “Elin gözü tərəzidir” deyiblər. Çünki bu seriallar yerli tamaşaçılara Azərbaycan gerçəkliklərini yaşada bilmir və onların mənəvi tələbatını ödəmir. Zövqlər dəyişib, insanların daha fərqli, daha bəşəri mövzulara ehtiyacı var. Zəif ssenarisi olan bu serialların mövzuları yarı Türkiyə, yarı da Braziliya seriallarından götürülür. Bunların çəkdikləri bir növ həftəbecər seriallardır. Tutaq ki, kiminsə illər sonrası qeyri-qanuni oğlu meydana çıxırsa, bu heç də bizim mentalitetdə geniş yayılmayıb ki, serial mövzusu olsun. Əgər mində bir olarsa da, bunun ekrana gətirilməsi məqbul sayılmır. Həmçinin bu gün mafiya və digər mənfi effektlər yaradan həyat səhnələrinin seriallarda göstərilməsi çox süni alınır. Əslinə qalsa, cəmiyyətin buna ehtiyacı da yoxdur. İnsanlara heç zaman görmədikləri, yaşamadıqları, Azərbaycan üçün yad olan mühitin ekranlaşdırılaraq, cəmiyyətə sırınması müsbət hal hesab olunmur. Bütün hallarda, bunlar artıq işlənmiş mövzulardır. Tamaşaçılar, necə deyərlər bunları dəfələrlə əcnəbi seriallarda “yaşayıblar”. O üzdən seriallarımız auditoriya toplaya bilmir. İnsanlardan yerli seriallarımızın gülünc durumu ilə bağlı söhbətlər eşidilir. Seriallar ölkənin, insanların gerçək həyatını əks etdirməlidir. Dövlət buna görə serial çəkilişlərinə vəsait ayrır.Əgər hər hansı serial insanların mənəvi rahatlığına xidmət etmirsə, o, heç zaman uğur əldə etməyəcək. Çünki müasir insan televiziyadan, bir növ öz rahatlığı üçün istifadə edir.
Hətta xarici, eləcə də yerli peşəkar aktyorlar bu seriallara qatılsa da, hər hansı baxımlılıq hiss olunmur. Əksinə, həmin məşhurlar bu seriallarda çəkilməklə, gözdən düşürlər. Demək, hər hansı serialı baxımlı edən əsas oradakı məşhurlar yox, onun mövzusu, ssenarisi, rejissor işidir.
Biz öz seriallarımızla yeni məşhurlar ortaya çıxara bilərik. Ümumi götürəndə isə aktyorlarda sanki bir həvəssizlik var. Danışıq və hərəkətlərdən elə hiss olunur ki, sanki məcburən bu filmlərə çəkilirər. Bu, çox aydın görünür. Nəzərə almaq lazımdır ki, cəmiyyətin böyük bir hissəsi seriallara baxır. Digər tərəfdən, artıq Azərbaycan tamaşaçısı peşəkar bir tamaşaçıdır.
Əslində neçə illərdir ki, əcnəbi seriallara baxaraq, “təcrübə” qazanan Azərbaycan tamaşaçısı üçün yeni doğulan yerli serialların bayağı, zəif görünməsi normaldır. Amma o demək deyil ki, Azərbaycan rejissorları süni həyatı əks etdirən seriallarla start götürməlidirlər. Qeyd olunmalıdır ki, Azərbaycanın yaxın keçmişdə kino ənənəsi var. Vaxtilə dünya səviyyəli filmlər çəkilib.Bütün hallarda, serial da kino sənəti sayılır. Əvvəlki filmlərdəki bir çox mövzular bu günün tələbinə uyğun olmasa da, həmin kinoların sənətkarlıq xüsusiyyətləri bu gün üçün modeldir.
Yerli seriallarsa bu vəziyyəti ilə Azərbaycanın kino sənətkarılığını heçə endirirlər. Rejissor və ssenaristlər həyatiliklə yanaşı, milli dəyərlərə də üstünlük verməlidirlər. İnsanları həyata bağlayan, qarşılaşacaqları problemin həlli yollarını göstərən mövzular seçilməlidir. Ən əsası, seriallarda maarifləndirici xüsusiyyət önə cəkilməlidir. Yəni, gənc nəsil bu seriallardan bir örnək götürməlidir. Eyni zamanda tarixi mövzulara da müraciət etmək olar. Ümumiyyətlə, tərbiyəvi və tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi əks etdirən seriallara həmişə ehtiyac var. Belə seriallar cəmiyyətin özünün əksidir. Kütlə hansı serialda özünü görürsə, o serial da baxımlı olur.





 
Müəllifin son yazıları

30.08.2018 Diasporumuzun inkişafına yeni təkan
31.03.2018 Antimilli qüvvələrə qarşı aktiv güc birliyi
24.01.2018 Virtual həmrəylik strategiyası
28.07.2017 Dünya mediasına necə inteqrasiya etməli
05.11.2016 Dünya azərbaycanlılarının döyünən ürəyi

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info