Gürcüstanda bülletenlər Azərbaycan dilində də çap edilir
Tarix: 09.06.2014 | Saat: 21:05:00 | E-mail | Çapa göndər


Bu gün Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) iyunun 15-də ölkədə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq çərçivəsində seçki bülletenləri və seçki siyahısının çap edilməsinə başlayıb. Jurnalistlərə MSK-nın mətbuat katibi xanım Eka Azaraşvili deyib.
Onun sözlərinə görə, ölkədə bələdiyyə seçkilərinin keçirilməsi üçün ümumilikdə 9 611 100 bülleten, o cümlədən Azərbaycan və erməni dillərində 748 500 bülleten çap ediləcək.
Seçki bülletenləri 11 tipoqrafiyada çap edilir və bu proses üzərində nəzarəti MSK və yerli müşahidəçilər həyata keçirir.
Gürcüstan qanunvericiliyinə əsasən, çap edilmiş bülletenlər və xüsusi zərflər seçki məntəqələrinə 14 iyun saat 20:00-dək çatdırılmalıdır.
MSK-nın məlumatına görə, Gürcüstanda 3 429 748 seçici qeydiyyata alınıb.
Gürcüstanda bələdiyyə seçkiləri zamanı qarışıq proporsional-majoritar sistemi üzrə 71 sakrebulonun (şəhər və rayon şuraları) 2088 üzvü, 12 şəhərin meri, 62 yerli administrasiya rəhbəri seçilməlidir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info