“Nüfuzun idarə edilməsində PR-ın əhəmiyyəti” mövzusunda tədbir keçirilib
Tarix: 09.06.2014 | Saat: 21:36:00 | E-mail | Çapa göndər


“Excelsior Hotel Baku” otelinin “Boardroom” zalında “AtaHolding” Şirkətlər Qrupunun PR sahəsi üzrə mütəxəssislərinin dəyirmi masası keçirildi. Tədbirdə “AtaHolding” Kommunikasiya şöbəsinin rəisi Dilara Zamanova, “AtaBank” ASC Kommunikasiya şöbəsinin rəisi Oruc İbrahimov, “AtaSığorta” ASC Marketinq departamentinin baş mütəxəssisi Şahin Səmədov, Bank VTB (Azərbaycan) ASC-nin PR üzrə aparıcı mütəxəssisi Polad Həmidov və digər ekspertlər iştirak etdilər. Dəyirmi masa iştirakçıları innovasiyalı PR texnologiyaları, PR-əlaqələrin strateji əhəmiyyətini, imic və nüfuzun müqayisəli təhlilini, böhranlı kommunikasiyaların idarə edilməsini, ölkəmizdə ictimai əlaqələrin qurulması xüsusiyyətlərini müzakirə ediblər. Dəyirmi masa mütəxəssislərin çıxışları üzrə canlı müzakirələrin sərbəst şəraitində keçib. Tədbirdə Bank VTB (Azərbaycan) ASC-nin PR üzrə aparıcı mütəxəssisi Polad Həmidov “Kommunikasiyaların qurulmasında “sükutun” fəsadları” mövzusunda təqdimatla çıxış edib. Natiq kommunikasiyaların qurulmasında tənqidə münasibətdən, təşviqat və kommunikativ fəallıqdan danışmış, habelə PR-da hərəkət və hərəkətsizlik kateqoriyalarında söz açıb. P.Həmidov təqdimatda PR-da qeyri-maddi risklərin düzgün qiymətləndirilməsinin vacibliyini qeyd etmiş, kommunikasiyalarda problemlərin idarə olunması metodlarına da toxunub. Qeyd edək ki, “Excelsior Hotel & Spa Baku” 2005-ci ilin avqustundan fəaliyyət göstərir. Otel 1 “İmperial “- lyuks, “Royal”- lyuks, 4 “Crown”-lyuks , 45 “Heritage” – deluks, 9 “Duke” – standard otaqlar, konfrans zalı, biznes mərkəzi, restoranlar, “Aura” sağlamlıq mərkəzi və s.-dən ibarətdir.
İlkin




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“Bakcell” “Karyerada ilk addım” devizi altında keçirilən aktiv məşğulluq tədbirinə qoşuldu
26.09.2018
Qızılağac Milli Parkı yaradılır
26.09.2018
“Gömrük islahatları və modernləşdirmə“ mövzusunda təlim davam edir
26.09.2018
Naxçıvanda vakant həkim yerləri üzrə əmək yarmarkası təşkil olunub
26.09.2018
Oktyabrda Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi“ keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10148

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info