Mingəçevirdə məcburi köçkünlər üçün yaşayış massivi inşa olunur
Tarix: 10.06.2014 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


Bərdə, Ağdam, Göygöl, Qaradağ, Beyləqan, Saatlı və Hacıqabul rayonlarında məcburi köçkün ailələri üçün qəsəbə və məhəllələr salınır
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tikinti işlərinin gedişi ilə bağlı real vəziyyəti öyrənmək məqsədi ilə Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınan yeni məhəllədə olub.
Ərazidə aparılan tikinti işlərinin gedişi ilə yaxından tanış olan Baş nazirin müavini inşaat işlərini aparan tikinti şirkətləri rəhbərlərinin iştirakı ilə müşavirə keçirib, inşaatçılarla görüşərək söhbət edib, onların arzu və təkliflərini dinləyib, tövsiyələrini verib. Müşavirədə çıxış edən Əli Həsənov bildirib ki, Prezidentin diqqət və qayğısı ilə hər il minlərlə məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Mingəçevir şəhəri ərazisində salınan bu yaşayış massivi dövlət başçısının müvafiq sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramının müvafiq bəndinə əsasən inşa edilir. Ərazidə 11 mərtəbəli 9 binanın tikintisi nəzərdə tutulur. 594 ailəlik yaşayış kompleksində, eyni zamanda, məktəb binası, uşaq bağçası, tibb məntəqəsi, ATS binası və klub-icma mərkəzinin də tikintisi planlaşdırılıb. Hazırda Dövlət Proqramına uyğun olaraq Mingəçevir, Bərdə, Ağdam, Göygöl, Qaradağ, Beyləqan, Saatlı və Hacıqabul rayonlarının ərazisində məcburi köçkün ailələri üçün qəsəbə və məhəllələr inşa edilir. Müşavirədə tikinti şirkətlərinin nümayəndələri çıxış edərək inşaat işlərinin gedişində heç bir problemin yaranmadığını diqqətə çatdırmış və istənilən qədər texnikanın, işçi qüvvəsinin, eləcə də tikinti materiallarının olduğunu bildiriblər. Qərara alınıb ki, tikinti işlərinin sürətlə aparılması ilə yanaşı, keyfiyyətə də ciddi fikir verilməli və yaşayış kompleksi bütün infrastruktur obyektləri ilə birlikdə yüksək keyfiyyətlə təhvil verilməlidir. Əli Həsənov, həmçinin Ağdam rayonu ərazisində 632 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbəyə də baş çəkib. Məlumat verilib ki, ərazidə tikinti işləri başa çatmaq üzrədir. Qəsəbədə 440 şagird yerlik yeni məktəb binası, 50 çarpayılıq uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, tibb məntəqəsi və poçt binası da tikilib. Qəsəbə qaz, su, və elektriklə tam təchiz olunacaq. Sonra Baş nazirin müavini Əli Həsənov tikinti işlərini aparan şirkətlərin rəhbərləri ilə görüşüb, məcburi köçkünlərin məskunlaşdırılmasının ölkəmizin qarşısında duran prioritet məsələ olduğunu qeyd edərək bildirib ki, dövlət başçısı qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayır və bu məqsədlə qarşıya konkret vəzifələr qoyub. Bu vəzifələrin yüksək səviyyədə həlli istiqamətində Prezidentin müəyyən etdiyi strategiya, həmçinin dövlətimizin başçısının qaçqınlara və məcburi köçkünlərə diqqət və qayğısından irəli gələn tapşırıqlar vaxtından əvvəl və keyfiyyətlə yerinə yetirilməlidir. Sonda Baş nazirin müavini ərazini gəzib, qəsəbədə tikinti işlərinin yüksək səviyyədə görülməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Milli Şura Şəhidlər Xiyabanında qarşıdurma yaratdı
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info