Dünyada 200 milyon nəfər işsiz var
Tarix: 10.06.2014 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının 103-cü sessiyası keçirilir. Sessiyanın plenar iclasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Mehbalıyev “Məşğulluğun strateji məqsədləri” mövzusunda çıxış edib. S.Mehbalıyev deyib ki, bu sessiyanın gündəliyinə əhalinin məşğulluğuna, eyni zamanda, qeyri-formal iqtisadiyyata dair məsələlərin daxil edilməsi inkişafın müasir mərhələsində də aktual olaraq qalmaqdadır:
“Bu gün dünyada 200 milyon işsiz var. Bu göstəricinin artım meyli və son 5 il ərzində işsizlərin sayının 30 milyon artması narahatlıq doğurur. Bununla yanaşı, təcrübə göstərir ki, sosial tərəfdaşların məqsədyönlü birgə işi nəticəsində iqtisadi artımı təmin etmək, əhalinin rifah halını yüksəltmək, əmək bazarında gərginliyin azaldılmasına nail olmaq mümkündür”. S.Mehbalıyev bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasında ölkə vətəndaşlarının məşğulluğunun təmin olunmasının hüquqi əsasları təsbit edilib. Ölkəmizdə məşğulluq probleminin həllində BƏT-in ratifikasiya olunmuş 60 konvensiya və tövsiyəsi, Avropa Sosial Xartiyasının, Avropa Sosial Təminat Kodeksinin əsasnamələri və digər beynəlxalq sənədlərin rolu böyükdür. Azərbaycanda aparılan sosial-iqtisadi siyasətin əsas istiqamətləri əmək hüquqlarının qorunması, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə əməli tədbirlərin həyata keçirilməsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, vətəndaşların maddi, sosial, mənəvi və digər maraqlarının təmin edilməsidir. Bu sahələr üzrə aparılan məqsədyönlü iş Azərbaycana insan inkişafı sahəsində dünyada ən tərəqqipərvər ölkə olmaq imkanı yaradıb. AHİK sədri diqqətə çatdırıb ki, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”nın məqsədi əlverişli siyasi, iqtisadi, sosial və institusional mühitin yaradılması əsasında əhalinin səmərəli məşğulluğunun təmin edilməsidir. Respublikada həmkarlar ittifaqlarının iştirakı ilə işlənib hazırlanmış Əhalinin Məşğulluq Strategiyası, kiçik və orta sahibkarlığa dəstək üzrə dövlət proqramları, iqtisadi artım və yoxsulluğun aşağı salınması, regionların inkişafı və digər mühüm sənədlər əmək bazarında gərginliyin azaldılması üçün yaxşı zəmin yaradıb. Bütün bunlar, eləcə də ölkə rəhbərliyinin siyasi iradəsi ötən 10 ildə Azərbaycanda əksəriyyəti daimi olmaqla 1,2 milyon yeni iş yerinin yaradılmasına imkan verib. Bir çox problemlərin, o cümlədən məşğulluq məsələlərinin həllində sosial tərəfdaşlığın və dialoqun möhkəmləndirilməsinin mühüm əhəmiyyətini diqqətə çatdıran AHİK sədri qeyd edib ki, üçtərəfli əməkdaşlığın nəticəsi olan Baş Kollektiv Sazişin müəyyən bölməsində ölkədə məşğulluq məsələlərinin həlli üzrə öhdəliklər öz əksini tapıb. Qeyd edək ki, iyunun 12-dək davam edəcək sessiyada BƏT-in konvensiya və tövsiyələrinin icrası vəziyyəti, habelə “İcbari əmək haqqında” 1930-cu il Konvensiyasına dəyişikliklərin edilməsi, qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçidin dəstəklənməsi, məşğulluğun strateji məqsədləri və digər məsələlər müzakirə olunur.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info