“Məqsəd insanları maarifləndirməkdir”
Tarix: 10.06.2014 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) Buzovna xilasetmə məntəqəsində 2014-cü ilin yay çimərlik mövsümünün açılışı ilə əlaqədar mərasim keçirilib. Mərasimdə fövqəladə hallar nazirinin müavini, general-mayor Teymur Mehdiyev və digər əlaqədar təşkilatların nümayəndələri iştirak ediblər.
Əvvəlcə mərasim iştirakçıları DSXX-nin su nəqliyyat vasitələri, müasir xilasetmə texnika və avadanlığı ilə tanış olublar. General-mayor Teymur Mehdiyevə texnika və avadanlıq barədə ətraflı məlumat verilib. Nazir müavininin diqqətinə çatdırılıb ki, sularda xilasetmə işlərinin daha keyfiyyətli aparılması məqsədilə kadrlar hazırlanıb, xilasetmə məntəqələri üçün inzibati binalar tikilib. Xidmət tərəfindən rəsmi çimərliklərdə xəbərdaredici, maarifləndirici, məlumatlandırıcı lövhələr quraşdırılıb, broşürlər paylanıb. Eyni zamanda, vətəndaşlara onların təhlükəsizliyi üçün rəsmi çimərliklərdən istifadə etmələri tövsiyə olunub. Məlumat verilib ki, xidmət su hövzələrində insanların təhlükəsizliyini təmin etmək üçün tabeliyində olan 400-dən artıq şəxsi heyət, 200-ə yaxın texnika və avadanlığı ilə xilasetmə işlərini ildən-ilə təkmilləşdirir, baş verə biləcək bədbəxt hadisələrin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirir. Qeyd edilib ki, xidmət yerli icra hakimiyyətləri və digər aidiyyəti orqanlar ilə birgə aparılan işləri daha da genişləndirib. Məqsəd çimərliklərdə təhlükəli ərazilərə daimi nəzarəti təşkil etmək, insanları sularda təhlükəsiz davranış qaydaları ilə bağlı əvvəlcədən maarifləndirməkdir. DSXX-nin rəisi Eldar Quliyev və başqaları tədbirdə çıxış edərək bildiriblər ki, hər il olduğu kimi, bu il də xidmət Azərbaycanın su hövzələrində, çimərliklərində və kütləvi istirahət yerlərində insanların sularda təhlükəsizliyinin qarantı olaraq qalır. DSXX bu istiqamətdə öz işini səmərəli təşkil edir. Çimərliklərdə insanların rahatlığı və təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər görülür. Çimərlik mövsümü başlayanda vətəndaşlarla maarifləndirmə işləri aparılır. DSXX su hövzələrində vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün qarşıya qoyulmuş tələb və tapşırıqları tabeliyindəki 42 struktur bölmə və mövsümi fəaliyyət göstərən xilasetmə postları vasitəsilə həyata keçirir. Vurğulanıb ki, son üç ildə FHN-in xilasedicilərinin fəaliyyət göstərdikləri rəsmi çimərliklərdə bir nəfər də suda boğulma hadisəsi baş verməyib. Çimərlik mövsümündə suda boğulma halları qeyri-çimərlik ərazilərində baş verir. Ona görə də vətəndaşların qeyri-çimərlik ərazilərində istirahət etməmələri tövsiyə olunur. Bildirilib ki, 2005-ci ildən 2014-cü ilə qədər çimərlik və qeyri-çimərlik ərazilərində suda batmaq təhlükəsi ilə üzləşmiş 3349 nəfər vətəndaş Xidmətin xilasediciləri tərəfindən xilas olunub. Tədbirdə xilasedicilər suda boğulanların xilası və ilk yardımın göstərilməsi bacarıqlarını nümayiş etdiriblər.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info