ABŞ daha 10 il Əfqanıstanda qala bilər
Tarix: 10.06.2014 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Amerika administrasiyası hələ 2010-cu ildə İraqda əldə edə bilmədiyi təhlükəsizliyə dair sazişə Əfqanıstanda nail olmağa çalışır. Verilən məlumata görə, Amerika hərbçiləri deyildiyi kimi, Əfqanıstanda 2016-cı ilə qədər yox, daha uzun müddətə qala bilər.
Bu barədə prezident Obama Amerika Birləşmiş Ştatlarının Hərbi Akademiyasındakı (Vest-Poynte) çıxışı zamanı bildirib. Bundan əvvəl, Əfqanıstanda təxminən 9800 ABŞ hərbçisinin saxlanılacağı nəzərdə tutulsa da, hazırda inkişaf planları çərçivəsində, ABŞ qüvvələrinin iştirakının uzadılması üçün diplomatik və kəşfiyyat aktivlərindən istifadə edilməyə başlanıb. Amerikalılar burada təlimlə yanaşı, ölkənin, daha çox təhlükəsizlikdən təcrid edilən sahələrində çalışacaqlar. Eyni zamanda, İraqda olduğu kimi, xüsusi hərbi podratçılar və ya layihə menecerləri daha çox ölkənin ucqar rayonlarının təhlükəsizliyinə yardım edəcəklər. Bütün bunlar ABŞ-ın öz nəqliyyat imkanları ilə müşayiət olunacaq.
Gələcəkdə Əfqanıstana göstəriləcək yardım ölkənin hazırkı prezidenti Həmid Karzaidən sonra iki aparıcı prezidentliyə namizədin verdiyi vədə əsasən həyata keçiriləcək. Namizədlər Abdullah Abdullah və Əşrəf Qəni Amerika Birləşmiş Ştatları ilə analoji saziş imzalanması barədə razılığa gəliblər.
Hazırda Abdullah Abdullah gələn ay keçiriləcək prezident seçkilərinin təyin mərhələsində sonuncu üzərində üstünlüyə malikdir. Formal strateji tərəfdaşlığın davamı kimi, Əfqanıstan İslam Respublikası və Amerika Birləşmiş Ştatları arasında ölkədə ABŞ silahlılarının sayının azaldılmasından sonra da münasibətlərin uzun müddətli strateji tərəfdaşlıq baxımından davam edilməsi barədə razılıq əldə olunub.
ABŞ analoji sazişə 2010-cu ildə İraqdan qoşunları çıxararkən də çalışmışdı. Lakin o zaman ölkənin baş naziri Nuri əl-Maliki hökumət daxilində razılaşmaya nail ola bilmədi. O, həmçinin, sazişin imzalanmasını istəməyən qonşu İranın təzyiqləri ilə üz-üzə qaldı. Belə ki, İran liderləri kimi, şiə məzhəbinə xidmət edən Nuri əl-Maliki qeyd-şərtsiz onların məsləhətilə razılaşdı.
İran tərəfindən həmin təpki ilə indi Əfqanıstan da üzləşməkdədir. Bu gün Karzai 10 illik müqavilənin bəzi şərtlərinə istinadən onu imzalamaqdan imtina etmək istəsə də, ölkə parlamenti sazişi imzalamağı Karzaiyə tövsiyə edib.
Amerika regionda təsirini asanlaşdırmaq üçün ABŞ tarixində ən bahalı səfirlik kompleksinin tikintisindən sonra da İraqla razılığa gələ bilməməmişdi. Amerika indi də bənzər səylərlə Əfqanıstanda iş görməyə çalışır.
Məlumatlı mənbələrə görə, 2016-cı ilin sonuna qədər ölkədə Amerika diplomatlarının, kəşfiyyat personalının, hərbçilərinin sayının 9800 nəfər olacağı deyilsə də, bu, reallığı əks etdirməyə bilər. Belə ki, hazırda ölkədə təkcə Amerika diplomatlarının sayı 300-dən çoxdur. Bununla yanaşı, Əfqanıstanda amerikalı hökumət işçilərinin sayının artırılması ehtimalı da var. Onlar əsasən, ABŞ-ın milyardlarla dollar investisiya qoyduğu kənd yerlərində müxtəlif inkişaf proqramları ilə işləyəcəklər. Bununla yanaşı, ABŞ rəsmiləri bundan əvvəl milyardlarla dollar itirmələrinə rəğmən, müşahidə funksiyasını da özləri həyata keçirəcəklər.
Beləliklə, Avropada uzun sürən ağır iqtisadi problemlərə, artan müdafiə aktuallığına görə NATO-dakı müttəfiq qoşunlarının Əfqanıstandan çəkilməsini gözləmədən, ABŞ öz xərclərini və öhdəliklərini tətbiq edə bilər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Norveç Şimal dənizinə neft sızması ehtimalı ilə təhqiqata başlayır
21.05.2019
Vladimir Zelenski Ali Radanın buraxılması barədə fərman imzalayıb
20.05.2019
Madrid və Barselonada metro işçiləri tətil edir
20.05.2019
Həsən Ruhani ABŞ Prezidentinin dialoq təklifinə cavab verib
20.05.2019
Ukraynanın Baş naziri istefa verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info