Kimsəsiz uşaqlar ziyarət olundu
Tarix: 10.06.2014 | Saat: 01:03:00 | E-mail | Çapa göndər


Azərbaycan İstiqlal Muzeyinin əməkdaşları 15 iyun Milli Qurtuluş günü münasibəti ilə Bakı şəhərində yerləşən kimsəsiz uşaqlar evini
ziyarət etdi.

Uşaq evinin 90-dan çox sakinlərinə müxtəlif geyim növləri, oyuncaqlar, qida məhsulları aparıldı, onlar üçün süfrə açıldı. Valideyn himayəsindən kənarda qalmış bu uşaqlar gələn qonaqları çox böyük həyəcan və sevinclə qarşıladılar. Muzeyin əməkdaşları uşaqlarla yaxından maraqlanıb, onlarla səmimi söhbət etdilər. Bu yaxınlıq və qayğı uşaqlarda böyük sevinc doğurdu. Beləcə, Muzey əməkdaşları uşaq evinin kiçik sakinləri ilə maraqlı zaman keçirdilər. Sonda uşaqlarla birgə xatirə şəkili çəkildi.
Bu tip Korporativ Sosial Məsuliyyət yönümlü tədbirlərin keçirilməsində əsas məqsəd cəmiyyətin diqqət və mənəvi qayğıya ehtiyacı olan təbəqəsinə dəstək olmaq, onlardan diqqət və qayğını əsirgəməməkdir. Azərbaycan İstiqlal Muzeyi belə tədbirləri mütəmadi olaraq keçirməyi planlaşdırır.




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Daha 185 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilməsinə dair qərar qəbul olunub
19.08.2019
Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək – Qaydalar təsdiqləndi
18.08.2019
Xaçmaz və Xızıya yeni polis rəisləri təyin olunub
17.08.2019
Polisdən dilənçilərlə bağlı xəbərdarlıq
17.08.2019
Bakı Tikiş Evi: Bu il də məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info