Praqada erməni təxribatının qarşısı alınıb
Tarix: 10.06.2014 | Saat: 16:28:00 | E-mail | Çapa göndər


Çexiyada yaşayan ermənilər iyunun 9-da Praqada "Azərbaycanın təhlükəsizlik siyasəti regional təhlükəsizliyin və sülhün təminatçısı kimi" mövzusunda keçirilən beynəlxalq konfransa qarşı təxribat törətməyə cəhd ediblər. Lakin bu cəhdin qarşısı alınıb.
Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidmətindən verilən məlumata görə, bu barədə konfransın təşkilatçılarından biri, Karl Universiteti Təhlükəsizlik Siyasəti Mərkəzinin rəhbəri Miloş Balaban məlumat verib.
O bildirib ki, tədbirin keçirilməsinə bir neçə gün qalmış konfransın işinin pozulması üçün müxtəlif təxribatlarla üzləşiblər. Çexiyada fəaliyyət göstərən erməni diasporunun nümayəndələri konfransın işini pozmaq üçün əvvəlcə Universitet rəhbərliyinə etiraz ediblər. Sonra isə təşkilatçıları belə bir addım atmaqdan çəkinməyə çağırıblar. Sonuncu gün isə tədbirin keçiriləcəyi konfrans zalına erməni tərəfinin fikirlərini çatdırmaq üçün mütəxəssislərin gələcəyi və bu məqsədlə onlara da icazə verilməsi istənilib: "Biz bu təklifin açıq provakasiya olduğunu anladıq və Universitetdə tərəflər arasında insident yaşanmaması üçün tədbirin keçirilmə yerini dəyişdik. Bu səbəbdən mətbuata, digər həmkarlarımıza, QHT təmsilçilərinə geniş dəvət göndərməkdən çəkindik. Buna baxmayaraq, uğurlu konfrans alındı. Bu sahənin bilicisi olan 70-dən çox mütəxəssisin Konfransın işində fəal iştirak etməsi dediyimizə sübutdur. Baxmayaraq ki, bizə qarşı hədə və təhdidlər davam edir, biz öz işimizi sona çatdırmağımıza sevinirik".
Qeyd edək ki, iyunun 9-da Praqada Şərqi Avropanın ən tanınmış və qədim universitetlərindən biri olan Karl Universitetində "Azərbaycanın təhlükəsizlik siyasəti regional təhlükəsizliyin və sülhün təminatçısı kimi" mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün elan etdiyi qrant müsabiqəsi çərçivəsində reallaşan konfransda Çexiyanın Xarici İşlər, Daxili İşlər, Müdafiə nazirliklərinin yüksək çinli əməkdaşları, Karl, Metropoliten və digər universitetlərin professor, doktorant və magistrləri, QHT və media təmsilçiləri iştirak ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Erməni işğalı Şuşada xalçaçılıq ənənələrini məhv edib
25.05.2019
İspaniyanın Sevilya şəhərində ilk dəfə məscid inşa olunacaq
25.05.2019
Avropa Liqasının final oyunu ilə bağlı azarkeşlər üçün nəqliyyat pulsuz olacaq
25.05.2019
Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq
25.05.2019
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info