Azərbaycan məhsulları Avropa keyfiyyət nişanı ilə markalanacaq
Tarix: 10.06.2014 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


2014-cü ilin sentyabrından Azərbaycan məhsulları CE keyfiyyət nişanı ilə markalanacaq. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev bildirib.
Onun sözlərinə görə, göstərilən prosedur təftiş etmə sahəsində məşhur kommersiya liderlərindən biri olan Almaniyanın TUV şirkətinin fəaliyyətinin istiqamətlərindən biridir: "Azərbaycan məhsullarının Avropa direktivlərinə və standartlarına uyğun markalanması Azərbaycan mallarının CE nişanı ilə Avropa ölkələrinin bazarlarına əlavə tələblər olmadan maneəsiz çıxarılmasına imkan verir".
İnstitut direktoru qeyd edib ki, TUV yerli məhsulları CE keyfiyyət nişanı ilə markalayacaq Azərbaycanın müxtəlif şirkətləri və dövlət strukturları, o cümlədən Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə əməkdaşlıq edəcək: "Azərbaycanda TUV şirkətinin fəaliyyətinin digər istiqamətləri tikinti sahəsində nəzarət (üçüncü, müstəqil tərəf qismində), tənzimləyici təftiş və sertifikatlaşdırma olacaq".
CE nişanı məhsulun Avropa İttifaqının direktivlərinin əsas tələblərinə və Aİ-nin harmoniziya edilmiş standartlarına uyğun olması, həmçinin məhsulun təlimatlara uyğun qiymətləndirmə prosedurunu keçdiyini göstərən xüsusi nişandır. CE onu göstərir ki, məhsul istehlakçıların sağlamlığı, həmçinin ətraf mühit üçün zərərli deyil. "CE Mark" Avropa standartlarına və direktivlərinə uyğunluğun yeganə nişanıdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info