İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 21 nəfərə yardım göstərib
Tarix: 10.06.2014 | Saat: 16:52:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi cari ilin yanvar-may aylarında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən yönləndirilmiş 21 nəfər insan alveri qurbanına və 12 nəfər insan alverinin potensial qurbanına müxtəlif formada yardımlar göstərib. Qeyd olunan şəxslərdən 3 nəfərinə maliyyə yardımı göstərilib, 4 nəfər ünvanlı dövlət sosial yardımının təyinatı üçün müvafiq rayon ƏSMM-nə, 2 nəfər isə məşğulluqlarının təminatı üçün Dövlət Məşğulluq Xidmətinə istiqamətləndirilib. Habelə 6 nəfərə psixoloji, 2 nəfərə tibbi, 17 nəfərə hüquqi yardımlar göstərilib, 1 nəfər belə şəxsin övladı körpələr evi – uşaq bağçasına yerləşdirilib. Mərkəz digər şəxslərin də hər biri ilə fərdi qaydada iş apararaq, onların bu və ya digər çətinliklərinin aradan qaldırılması, reinteqrasiyası və sosial reabilitasiyası məqsədilə müvafiq tədbirlər həyata keçirib. Eyni zamanda, insan alveri haqqında və insan alveri qurbanları ilə davranış qaydaları ilə bağlı cəmiyyətdə məlumatlılığın artırılması üçün Mərkəz tərəfindən ölkənin müxtəlif regionlarında müxtəlif formalı ictimai maarifləndirmə işləri aparılıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Lənkərandakı istirahət məkanları cərimələndi
20.07.2019
“Bu ildən Azərbaycan regionlarında uşaqlar üçün bərpa müəssisələrinin inşasına başlanacaq“
20.07.2019
FHN Şirvandakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb
19.07.2019
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalıb
19.07.2019
Qubada polislər qanvermə aksiyasında iştirak ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info