Bakı Metropoliteni “Xocasən” deposunun tikintisinə başlayır
Tarix: 10.06.2014 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


Bakı metrosunda Bənövşəyi xəttin tikintisi çərçivəsində yeni elektrik deposunun tikinti işlərinə hazırlıq gedir.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, Bənövşəyi xətt üzərində yerləşəcək bu yeni depo “Xocasən” adlanacaq.
Onun sözlərinə görə, depo üçün Xocasən qəsəbəsində nəzərdə tutulan ərazidə artıq hazırlıq işləri başa çatmaq üzrədir: “Yaxın zamanlarda deponun tikintisinə başlanacağı gözlənilir”.
N.Paşayev əlavə edib ki, bu yaxınlarda məcburi köçkünlərin köçürüldükləri “Dərnəgül” deposunun ərazisində də tikinti işlərinə hazırlıq gedir. Mətbuat xidmətinin rəhbəri deyib ki, bu deponun ərazisində inzibati binalar, kommunikasiya xətləri və perron stansiyaların tikintisi nəzərdə tutulub.
Qeyd edək ki, hazırda “Bakı Metropoliteni” QSC-nin balansında bir elektrik deposu var.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Azərbaycanda bu günədək 3 milyon tondan çox taxıl yığılıb
16.07.2019
DTX Akademiyasında növbəti məzun buraxılışı
16.07.2019
Prezidentin xüsusi nümayəndəsi: Sərhəd naryadına qarşı törədilən cinayət əməli baş verib
16.07.2019
“Mövcud biznesin inkişafı və pul axını” mövzusunda seminar keçiriləcək
16.07.2019
Azərbaycan-Əfqanıstan iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10828

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info