Şahdağ Qış-Yay Turizm Kompleksində 2 yeni kinoteatr tikiləcək
Tarix: 10.06.2014 | Saat: 18:01:00 | E-mail | Çapa göndər


Şahdağ Qış-Yay Turizm Kompleksində 2 yeni kinoteatr tikiləcək. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Nazir deyib ki, bununla da istirahətə gələn insanlar asudə vaxtlarını səmərəli keçirə biləcəklər. Azərbaycanda kinoteatrların vəziyyətindən danışan nazir qeyd edib ki, “Nizami” Kino Mərkəzi son illər maraqlı işlər həyata keçirir. Ora gələn insanların, gənclərin sayının artdığını deyən Ə. Qarayevin sözlərinə görə, bu çox gözəl bir nümunədir: “Amma bütün dünyada kino yayımı biznes istiqamətində olan məsələdir. Biz kömək edəcəyik ki, kino işi genişlənsin, yayılsın, inkişaf etsin. Amma kino yayımı dövlətin işi deyil. Bu prodüserlərin, yayım təşkilatlarının işidir. Onlar kino istehsalçılarından yayım hüquqlarını alıb yayırlar və bundan gəlir əldə edirlər. Lakin biz unutmamalıyıq ki, Azərbaycan kinosu istehsal olunur. Onun yayımını biz təmin edirik və bu gün “Azərbaycan” kinoteatrında bir zal məxsusi olaraq Azərbaycan filmləri üçün işləyir. Mədəniyyət evlərinin tikildiyi bütün regionlarda kino yayımı üçün müvafiq avadanlıqlar qururuq. Həmin mədəniyyət mərkəzlərində Azərbaycan filmlərinin nümayişi, təbliğatı prosesini davam etdiririk. Bu belə də olacaq. Kinoteatrlarda xarici filmlərin yayımına gəlincə, bu özəl qurumların işidir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
AzerTelecom Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir
23.01.2019
Azərbaycan Prezidenti İlham Əliyevlə İsveçrə Prezidenti Ueli Maurerin görüşü olub
23.01.2019
BMT Azərbaycanda əlilliyi olan insanların məşğulluğuna dair yeni layihə reallaşdıracaq
23.01.2019
Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvüdür
23.01.2019
Hər il əmək bazarına 100 min gənc daxil olur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info