“El Pais”: “Ukrayna üçün fin modeli lazımdır”
Tarix: 10.06.2014 | Saat: 18:13:00 | E-mail | Çapa göndər


“Bu model Krımı qaytarmasa belə, şərq vilayətlərinin Ukraynanın tərkibində saxlanılmasına imkan yarada bilər”

İspaniyanın “El Pais” media qurumu Ukraynada baş verənlərə münasibət bildirib. Qəzet hazırkı Ukraynanı Finlandiya ilə müqayisə edib: “Finlandiya özünün daxili azadlığını və suverenliyini qoruyub saxlaya bilib, amma 40 ildən artıq müddətdə ölkə özünün xarici siyasətdəki aktivliyini məhdudlaşdırmalı olub. Güclü düşmənlər tərəfindən əhatə olunmuş hər bir dövlət iki halda yaşaya bilər: Ya həddindən artıq hərbi olmalıdır, ya da çox uzaqgörən, balanslaşdırılmış və razılaşdırılmış siyasət aparmalıdır. Əgər İsrail bizə hərbiliyinə görə ayaqda durmağın nümunəsidirsə, Finlandiya soyuq müharibə müddətində tamamilə ikinci qeyd etdiyimiz taktika ilə hərəkət edib.
Bu ideyaları ilk dəfə alman mənşəli amerikan politoloqu Hans Morqentau (1904-1980) irəli sürüb. O, beynəlxalq münasibətlərdə realizm nəzəriyyəsinin banisi sayılır. Daha çox hərbi variantdan çıxış edən siyasətçilər və idealist politoloqlar isə fin modelinə Sovet İttifaqına münasibətdə sülhyaradıcı kimi yanaşıblar.
İndi Obama, Ukrayna üçün keçid modeli qismində Polşanı təklif edib. Amma bütün diplomatik müəssisələr fin modelini icra edir. Məhz bu modeli Ukrayna böhranının lap başlanğıcında iki realist irəli sürüb: ABŞ prezidenti Karterin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi olmuş Zbiqnev Bjezinski və prezidentlər Ford və böyük Buş zamanında həmin postda təmsil olunmuş Brent Skoukroft.
Soyuq müharibə zamanında olduğu kimi, Ukrayna tərəfindən qəbul ediləcək fin modelində Putinin böyük güzəştləri ilə xoşagəlməz izlər qala bilər, amma Krımın qaytarılması və Rusiya sərhədində olan şərq vilayətlərindəki rusiyameyilli qüvvələrin yerinə oturdulmasını təmin etmək üçün başqa siyasət aparmaq mümkün deyil.
Hərbi situasiya isə əksinə, daha ağır durum yaradır: seçki nəticəsində hakimiyyətə gəlmiş yeni Ukrayna rəhbərliyi ölkənin bütün ərazilərinə nəzarət etmək gücündə deyil. Ola bilər ki, Kiyevlə Moskva arasındakı birbaşa danışıqlar Rusiya hakimiyyəti və xüsusi xidmət orqanlarının köməyi ilə formalaşmış rusiyameyilli hərbiləşdirilmiş qrupların çıxarılmasına gətirib çıxarsın.
Yeni seçilmiş prezident Petr Poroşenko anlayır ki, NATO onun ölkəsini qorumayacaq. Onu da anlayır ki, Qərb, hər şeydən öncə Avropa maraqları fin modelini təlqin edir. Məsələn, Kemeron Britaniya aktivlərində yerləşdirilmiş rus oliqarxların kapitalını qurban vermək istəmir. Olland Moskva ilə hərbi kontraktlardan imtina etməyəcək, Merkelsə yaxınlaşan qışda bütün Mərkəzi Avropanın istiliksiz qalmasına getməz.
Məhz Poroşenko onun ölkəsi üçün ən ağrısız olan fin modeli ilə razılaşa bilər. Bu model Krımı qaytarmasa belə, şərq vilayətlərinin Ukraynanın tərkibində saxlanılmasına imkan yarada bilər. Amma bunun üçün Avropa Birliyinə və NATO-ya girməkdən imtina etmək lazımdır. Bunun sayəsində soyuq müharibə olmayacaq, amma Putin Rusiyası ilə Şimali Atlantika Alyansı arasında 21-ci əsrin Finlandiyası yarana bilər.

İlkin




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info