Şəmkirdə “15 İyun – Gələcəyimizin zəmini” mövzusunda dəyirmi masa keçirilib
Tarix: 10.06.2014 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


Şəmkir Heydər Əliyev Mərkəzi 15 İyun Milli Qurtuluş Günü ilə əlaqədar “15 Iyun – Gələcəyimizin zəmini” mövzusunda dəyirmi masa keçirib. Dəyirmi masada Şəmkir İcra Hakimiyyəti başçısının müavini Sona Əliyeva, rayon Təhsil İdarəsinin müdiri Məcid Şıxlinski, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru Məleykə Əlizadə 90 –cı illərin əvvəllərində Azərbaycanda yaranmış siyasi vəziyyətdən, ulu öndər Heydər Əliyevin qayıdışını yaradan tarixi zərurətdən, habelə Azərbaycanın bu günki sürətli inkişafından danışıb. Dəyirmi masada məruzə ilə “Qarabağ Müharibəsi Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin qərb bölgəsi üzrə sədri, ADAU-nun dosenti Almaz Aşurov məruzə edərək 1990-cı ilin 20 Yanvar hadisələri zamanı ümummilli liderin göstərdiyi vətəndaş mövqeyi, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə yaranmış daxili vəziyyət, baş alıb gedən xaos, hərc-mərclik və hakimiyyət böhranı haqqında danışıb. Almaz Aşurov 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandığını və Vətənin belə ağır günündə xalqın Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdiyini qeyd edib: “Ulu öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi və çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. Almaz Aşurov 15 İyunun Milli Qurtuluş Günü kimi qeyd edilməsi tarixindən danışmış, 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildiyini, beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil olduğunu söylədi. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi”.
Dəyirmi masada çıxış edən qonaqlar da Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi həyatında, digər sahələrdə dönüş yaradıldığnı , gələcəyimizin zəminin möhkəm bir zəmin üzərində qurulmağa başladığını qeyd ediblər.
Həmçinin dəyirmi masada Şəmkir Heydər Əliyev Mərkəzində mart ayından başlayaraq davam edən “Azərbaycançılıq və Liderlik” məktəbinin dinləyicilərinə sertifikat paylanıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info