Ermənilər qədim Azərbaycan dövləti olan Albaniya ilə bağlı bütün faktları saxtalaşdırırlar
Tarix: 10.06.2014 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


Erməni işğalı nəticəsində Azərbaycana dəyən humanitar, mədəni və tarixi zərərin miqyasları çox böyükdür. Ermənilər işğal etdikləri ərazilərdə Azərbaycanın mədəni irsini təmsil edən obyektləri xüsusi həyasızlıqla məhv ediblər. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Konfliktologiya və İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva "İnsan hüquqları kontekstində Qafqaz Albaniyası etnoslarının tarixi və mədəni irsi" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
A.Mustafayeva bildirib ki, erməni işğalçılarının Azərbaycanın Dağlıq Qarabağ regionundakı milli-mədəni sərvətlərinə vurduğu zərər heç bir ölçüyə sığmır. Belə ki, qarət olunmuş və məhv edilmiş əşyalar təkcə Azərbaycanın deyil, bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir. Onun sözlərinə görə, Azərbaycan ərazisində mövcud olan qədim dövlətlərdən biri Albaniyadır. Məlum olduğu kimi, Qafqaz Albaniyası eramızdan əvvəl IV-III əsrlərdən bizim eranın VIII əsrinə qədər, yəni ərəb xilafəti tərəfindən işğal edilənə qədər mövcud olub. Paytaxtı əvvəllər Qəbələ, daha sonra isə Bərdə şəhərləri olan bu dövlətin ən mühüm vilayətlərindən biri indiki Dağlıq Qarabağ ərazisi olub. Qafqaz Albaniyası çoxmillətli, tolerant münasibətin bərqərar olduğu bir ölkə olub. Burada kifayət qədər inkişaf etmiş hüquq sistemi var olub. 498-ci ildə Aquen dini yığıncağı dövlət və kilsə hüququna dair bir sıra normalar müəyyən edib. Aquen qanunları da sübut edir ki, Albaniyada əhalinin müxtəlif təbəqələri arasında hüquqi münasibətlər yüksək səviyyədə tənzimlənirdi: "Tarixi faktlara və əldə edilmiş tədqiqat materiallarına əsasən, Albaniya dövlətinin varisi bu gün məhz Azərbaycan Respublikasıdır. Bu gün Azərbaycanda yaşayan udinlər, avarlar, xınalıqlar və digər tayfalar albanların nəslindəndir. Təəssüflər olsun ki, hazırda işğal altında olan Qarabağ torpaqlarında və indiki Ermənistan ərazilərində çoxsaylı Alban məbədləri və digər tarixi-memarlıq abidələri qalıb. Alban kilsə, məbəd və monastrları özünün bir çox xüsusiyyətlərinə görə, xristianlığın digər müvafiq abidələrindən və ibadət yerlərindən fərqlənir. Terroru və işğalçılığı dövlət siyasəti səviyyəsinə qaldıran və türk, Azərbaycan və alban tarixi və mədəniyyəti ilə bağlı hər bir şeyi görünməmiş şəkildə mənimsəyən ermənilər tərəfindən bu abidələr tamamilə erməniləşdirilib və ya məhv edilib".
Millət vəkili qeyd edib ki, erməni millətçiləri öz işğal siyasətlərinə haqq qazandıraraq bütün qədim Alban abidələrinin "Erməni abidələri" olduğunu bildirirlər: "Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində hazırda erməni separatçılarının dövriyyəyə buraxdığı pul vahidlərinin üstündə də qədim alban məbədi təsvir olunub. Qafqaz regionuna gəlmə xalq olan ermənilərin antik alban mədəniyyəti ilə heç bir tarixi, hüquqi bağlılığı yoxdur. Ermənilər qədim Azərbaycan dövləti olan Albaniya ilə bağlı bütün faktları saxtalaşdırırlar".
A.Mustafayeva sonda qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının müddəaları belə bir inam yaradır ki, Ermənistanın Azərbaycana vurduğu maddi və mənəvi zərərin ödənilməsi istiqamətində dövlətimiz tərəfindən görülən işlər, atılan addımlar müsbət nəticəsini verəcək, təcavüzkar cəzasını alacaq, haqq-ədalət öz yerini tutacaq.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info