Rəsmi İrəvan erməni alimlərinin öz tarixlərini araşdırmasına imkan vermir
Tarix: 10.06.2014 | Saat: 19:58:00 | E-mail | Çapa göndər


“Ermənistan hakimiyyəti Azərbaycan Prezidenti İlham Əliyevin indiki Ermənistan dövlətinin İrəvan, Göyçə, Zəngəzur kimi əzəli Azərbaycan torpaqlarında yaradılması barədə bəyanatlarına qeyri-adekvat reaksiya verir”. Bunu Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov Bakıda keçirilən “Qafqaz Albaniyasının tarixi və mədəni irsi insan hüquqları kontekstində” adlı beynəlxalq konfransda çıxışında deyib. F. Axundov bildirib ki, Ermənistan rejiminin cinayətlərindən biri də yalanlar uyduraraq öz xalqını cəhalət içində saxlamağa çalışmasıdır: “İş o yerə çatıb ki, hətta erməni mənşəli xarici alimlər belə şikayətlənirlər ki, rəsmi İrəvan onların öz tarixlərini araşdırmasına imkan vermir. Bu səbəbdən Azərbaycanın əsas məqsədi həmin tabunu dağıtmaq və erməni xalqına əsl həqiqəti çatdırmaqdan ibarət olmalıdır. Özünə hörmət edən tarixçilər heç vaxt tarixi faktları nə şübhə altına alır, nə də onları alt-üst çevirirlər. Ermənistanda isə əksinə, öz fərziyyələrini əsaslandırmaq üçün danılmaz faktları təhrif edirlər. Tutaq ki, bütün dünyanın tarix dərsliklərində 1939-cu il sentyabrın 1-də Hitlerin Polşaya hücum etdiyi yazıldığı halda, İrəvanda bu faktı heç nədən çəkinmədən tam tərsinə təqdim edə bilərlər”. F. Axundov deyib ki, belə getsə, müəllifi olduğu “Saxtakarlıqları ifşa edənlər” kitabının cildlərini yenidən nəşr etdirməli və bu mövzuya həsr olunan yeni filmlər hazırlamaq lazım gələcək: “Artıq “Saxtakarlıqları ifşa edənlər” kitabının iki cildi çapdan çıxıb, hazırda üçüncü cild üzərində iş gedir. Eyni zamanda bu mövzuda daha bir sənədli film hazırlayır. Mayın 28-də Azərbaycan özünün Müstəqillik Gününü qeyd edərkən Ermənistanda Azərbaycan əleyhinə iki film nümayiş etdirilib. Bu, Ermənistanın Mədəniyyət Nazirliyi və İrəvan şəhər meriyasının dəstəyilə çəkilmiş “Tarixin saxtalaşdırılması: Azərbaycan” və “Romadan qədim şəhər” adlı filmlərdir. Həmin filmlər prezident İlham Əliyevin hazırkı Ermənistan Respublikasının əzəli Azərbaycan torpaqlarında yaradılması barədə bəyanatlarına özünəməxsus cavab cəhdidir. İrəvan şəhərinin guya hələ İrəvan qalası tikilməzdən əvvəl mövcud olmasını sübut etmək məqsədilə erməni saxtakarları filmdə 14-15-ci əsrlərə aid pul sikkələri nümayiş etdirir və iddia edirlər ki, onlar İrəvanda hazırlanıb. Lakin apardığımız araşdırma zamanı müəyyən olub ki, Şirvanşahlar dövlətinə aid bu sikkənin üzərində İrəvan deyil, İran Kürdüstanında yerləşən Merivan şəhərinin adı qeyd olunub”.
Onun sözlərinə görə, bu çoxsaylı saxtakarlıq faktlarından yalnız biridir və təkcə adıçəkilən erməni filmlərində belə uydurmalar kifayət qədərdir: “Erməni tərəfinin belə davranmasının səbəbləri məlumdur. Onlar sonradan ermənilərin məskunlaşdırıldığı bütün ərazilərdən Azərbaycan sivilizasiyasının izlərini silməyə çalışır”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Belarusa səfər Prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur”
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info