“The Wall Street”: “Ukrayna iqtisadiyyatı döyüşlərin davam etməsinə dözməyəcək”
Tarix: 10.06.2014 | Saat: 20:07:00 | E-mail | Çapa göndər


“The Wall Street” jurnalı yazır ki, Ukraynanın yeni Prezidentinə təkcə siyasi qeyri-stabillik deyil, həm də dağılmış iqtisadiyyat miras qalıb: “Ukraynanın ümumdaxili məhsulunun cari ildə 5-7 faiz enməsi gözlənilir. Ekspertlər xəbərdarlıq edir ki, əgər Donetsk və Luqanskda üsyan davam etsə, bu proqnoz daha da pisləşə bilər. Çünki bu vilayətlər Ukraynanın ağır və dağ-mədən sənayesinin ürəyi hesab olunur. Ölkə üzrə ÜDM-in 16 faizi bu vilayətlərin payına düşür. Ukraynanın vəziyyətini ağırlaşdıran digər amil Rusiya təbii qazı ilə bağlıdır. Rusiyanın qaz ixracında istənilən pozuntu Ukrayna iqtisadiyyatını çökdürə bilər. Bundan başqa Ukrayna iqtisadiyyatının dörddə-biri Rusiyaya yönəlib. Əgər vəziyyət belə davam etsə, Rusiya Ukrayna məhsullarının idxalını qadağan edə bilər. Məsələn artıq yeni Prezident Poroşenkonun “Roshen” firmasının məhsullarına qadağa qoyulub. İstisna deyil ki, Rusiya Ukrayna malları üçün idxal tariflərini artıra bilər”.
Jurnal yazır ki, Ukrayna iqtisadiyyatı xilas etmək üçün BVF-dən 17, Dünya Bankından isə 15 milyard dollarlıq maliyyə yardımına bel bağlayıb. Ölkənin milli valyutası olan qrivna ilin əvvəlindən 30 faiz qiymətdən düşüb. İnflyasiya 10 faiz həddini keçib. Vətəndaşlar üçün qazın qiyməti mayın əvvəlindən 50 faiz artıb. Gözlənilir ki, iyul ayından evlərin qızdırılması qiyməti ortalama 40 faiz artacaq.
Jurnalda dərc olunan məqalədə o da qeyd edilir ki, əhalinin də səbri sərhədsiz deyil. Əvvəl-axır onlar iqtisadiyyatın yaxşılaşmasını tələb edəcəklər. Hökumət isə vergi güzəştlərinin ləğvinə, alkoqol və tütün məmulatlarına aksiz vergisinin artırılmasına, dövlət məmurlarının əmək haqlarının dondurulmasına, iş yerlərinin ixtisarına hazırlaşır. Belə vəziyyətdə ölkənin cənub-şərqindəki konfliktin davam etməsi xərclərinin ağırlığına büdcə davam gətirə bilməyəcək. Məqalə müəllifinin fikrincə, yalnız konflikt dinc yolla həll olunduqdan sonra beynəlxalq yardım burada rol oynaya bilər.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info