Erməni kilsəsinin dini, tarixi məbəd kimi qorunub saxlanması yüksək mədəniyyətdir
Tarix: 10.06.2014 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


“Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərinə texniki missiyaların göndərilməsinə imkan vermirlər. Dünya mədəni irsinə önəm verən Azərbaycan təəssüflər olsun ki, özünün bəzi ərazilərində bunu etməkdən məhrumdur. Söhbət Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərdən gedir”. Bunu UNESCO üzrə Azərbaycan Milli Komissiyasının I katibi Günay Əfəndiyeva Bakıda keçirilən “Qafqaz Albaniyasının tarixi və mədəni irsi insan hüquqları kontekstində” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan uzun illərdir müxtəlif beynəlxalq kürsülərdən həmin ərazilərə texniki missiyaların göndərilməsinə çağırır, lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində bunu həyata keçirmək mümkün olmur: “Azərbaycan iki ildir ki, UNESCO-nun “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması Komitəsi”nin üzvüdür və onun təşəbbüsü ilə UNESCO “İşğal olunmuş ərazilərə dair sənəd” qəbul edib. Sənəddə digər məsələlərlə yanaşı, işğal olunmuş ərazilərə texniki missiyaların göndərilməsi nəzərdə tutulur. Lakin ermənilər bu məsələdən müxtəlif yollarla imtina edir və bu işlərin həyata keçirilməsinə imkan vermirlər. Əslində bu, orada törədilmiş vəhşiliklərin sübutudur və orada nəyin baş verdiyi təsdiq edir”. G.Əfəndiyeva əlavə edib ki, Azərbaycanda, Bakının mərkəzində erməni kilsəsi dini, tarixi məbəd kimi qorunub saxlanır: “Bu, əlbəttə ki, Prezident İlham Əliyev tərəfindən aparılan siyasət, hörmət və münasibətdir. İlk növbədə isə yüksək mədəniyyətdir. UNESCO-nun ən mühüm siyahılarından biri Ümumdünya İrs Siyahısıdır. Bu, müxtəlif mərhələlərdən keçən uzun bir yoldur. Azərbaycanın iki maddi-mədəni irsi - “İçərişəhər” (Qız Qalası və Şirvanşahlar sarayı ilə birgə) və Qobustan bu siyahıda öz yerlərini alıblar. Ümid edirəm ki, Kiş məbədi, Cavanşir qalası, Çıraqqala yaxın gələcəkdə UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil ediləcək. Bu, sadəcə, Azərbaycanın öz zəngin mədəniyyətinin, tarixinin nümayişi deyil, bütün bəşəriyyət üçün gözəl hədiyyə olacaq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Belarusa səfər Prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur”
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info