Bakıda fiziki qüsurlu uşaqların əl işlərindən ibarət təşkil edilmiş sərgilər maraqla izlənilib
Tarix: 10.06.2014 | Saat: 20:12:00 | E-mail | Çapa göndər


Əlillər Dünyası” qəzetinin təsisçisi, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev və bu qurumun əməkdaşları “ASAN xidmət”in 3 saylı filialında və “Hyatt Recensy” mehmanxanasında fiziki qüsurlu uşaqların əl işlərindən ibarət təşkil edilmiş sərgilərə baxıblar.
Hər iki sərgi xüsusi qayğıya ehtiyacı olan və sağlamlıq imkanları məhdud olan uşaqların uşaq evlərində reabilitasiya proqramı əsasında “Azərsun Holdinq”in və “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyinin həyata keçirdiyi “Gələcəyini öz əllərinlə qur” layihəsi çərçivəsində təşkil edilib. Layihə çərçivəsində “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyinin əməkdaşları Daun sindromlu şəxslərin Assosiasiyasının, Uşaq Psixo-Nevroloji Dispanserinin, 7 saylı Əqli və Fiziki Qüsurlu Uşaqlar üçün İnternat Evinin, 5 saylı Gözdən Əlillər üçün Xüsusi İnternat Məktəbinin uşaqlarına xalçaçılıq, toxuma, lentlərlə iş kimi əl işləri öyrədirlər.
Bu barədə “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev məlumat verib. O bildiribki, öz zənginliyi, rəngarəngliyi və qeyri-adiliyi ilə fərqlənən sərgilər uzun illər bu sahədə böyük təcrübəsi olan “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyinin sədri Azadə Məmmədovanın böyük zəhməti və əziyyəti sayəsində ərsəyə gəlib.
Sərgilərə gələnlər fiziki qüsurlu uşaqların əl işlərini böyük maraqla izləyiblər.
Sərgilərə gələnlər arasında “Azərsun Holdinq”in humanitar şöbəsinin müdiri Rüfət Qasımov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnformasiyalar üzrə Dövlət Agentliyinin insan resursları üzrə təlim şöbəsi müdirinin müavini Cahangir Hacıyev, həmçinin Abşeron və Nizami rayon icra hakimiyyətlərinin, TUSİAB-ın, “İsrail” klinikasının ictimaiyyətin və KİV-in nümayəndələri də olublar.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info