“Qərb Dağlıq Qarabağ problemi ətrafında vəziyyətin gərginləşdirilməsi üçün əlindən gələni edir“
Tarix: 10.06.2014 | Saat: 20:35:00 | E-mail | Çapa göndər


"Ukraynanın Avrasiya İqtisadi Birliyində olmaması faktını yalnız Azərbaycanın bu təşkilata qoşulması kompensasiya edə bilər". Bu sözləri “EvrAzEs” İnstitutunun direktoru Vladimir Lepyoxin deyib.
Avrasiya İqtisadi Birliyinin Ukraynasız çətin inkişaf edəcəyini söyləyən V. Lepyoxin bildirib ki, bu təşkilatın qurulması o vaxt mümkün ola bilər ki, yeni “Novorossiya” dövləti qurulsun və həmin dövlət “EvrAzEs”ə qoşulsun: “Əgər belə dövlət yaradılmayacaqsa, o zaman Avrasiya İqtisadi Birliyinin inkişafı bir sıra çətinliklərlə üzləşəcək. Ukraynanın və ya Novorossiyanın Avrasiya İqtisadi Birliyində olmaması faktını yalnız Azərbaycanın birliyə qoşulması kompensasiya edə bilər. Bununla yanaşı, Azərbaycan və Ermənistanın Avrasiya Birliyinə eyni vaxtda qoşulması təkcə Avrasiya Birliyinin yeni inteqrasiya səviyyəsinə çıxması demək deyil, bu, həm də Azərbaycan və Ermənistan arasındakı problemin həlli və münasibətlərin normallaşması, eləcə də Cənubi Qafqazda siyasi sabitliyin təmin edilməsi deməkdir".
V. Lepyoxinin sözlərinə görə, Qərb siyasətçiləri Qafqaz regionunun vacibliyini yaxşı başa düşürlər: "Ona görə də, onlar Azərbaycan və Ermənistan arasında gərginliyin saxlanılması, Dağlıq Qarabağ problemi ətrafında vəziyyətin gərginləşdirilməsi üçün əllərindən gələni edirlər"
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info