Naxçıvanda magistrantların regional elmi konfransı keçirilib
Tarix: 10.06.2014 | Saat: 20:41:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində magistrantların VI regional elmi konfransı keçirildi. Konfrans Universitet Televiziyasının hazırladığı, magistraturanın fəaliyyətini əks etdirən “Elmin zirvəsinə doğru” sənədli filminin nümayişi ilə başladı. Universitetin rektoru, professor Saleh Məhərrəmov giriş sözü ilə çıxış edərək universitetdə magistratura təhsil pilləsi üzrə təhsilin səviyyəsindən, regionda elmi potensiala olan tələbatın ödənilməsindəki rolundan, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən magistrantların iş yerləri ilə təmin olunmasının daim diqqət və nəzarətdə saxlanılmasından, qarşıda duran vəzifələrdən danışdı. Konfransda universitetin elmi işlər üzrə prorektoru, dosent Mübariz Nuriyev, Magistratura üzrə dekan, biologiya elmləri doktoru Etibar Məmmədov, “Mətbuat tarixi” ixtisaslaşması üzrə I kurs magistrant Kifayət Heydərova çıxış etdilər. Çıxışlarda magistrantların təhsil alması üçün yaradılan şəraitdən, maddi-texnika bazadan, onların elmdə və təhsildə qazandıqları nailiyyətlərdən bəhs olundu. Qeyd olundu ki, burada yaradılmış “Azərbaycanşünaslıq mərkəzi”, “Tələbə Turizm Assosasiyası”, kitabxana, kompüter mərkəzi magistrantların elmi-nəzəri biliklərə yiyələnmələrinə, dünyagörüşlərini artırmağa xidmət edir. 1997-ci ildən fəaliyyət göstərən Magistraturada hazırda 268 nəfər magistr təhsil alır ki, onlardan 41 nəfəri xarici ölkə vətəndaşıdır. 2013-2014-cü tədris ilində 27 istiqamət, 41 ixtisaslaşma üzrə əyani və qiyabi şöbədə 190 magistr üçün yer ayrılmışdır. Plenar iclasda elmi-ictimai fəallığına görə “İlin magistrantı” seçilən “Mətbuat tarixi” ixtisaslaşması üzrə I kurs magistrant Kifayət Heydərovaya xüsusi diplom təqdim olundu. Elmi konfrans müxtəlif ixtisaslar üzrə 23 bölmə iclası ilə işini davam etdirdi. Azərbaycanın müxtəlif ali məktəblərində təhsil alan magistrantların da təmsil olunduğu elmi konfransda 110 məruzə dinlənildi, onlardan ən yaxşıları seçilərək müxtəlif xüsusi diplomlarla təltif olundu.

Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Salyanda Nəsiminin 650 illik yubileyi qeyd edilib
20.04.2019
Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb
20.04.2019
Bu günün havası - Yağış hələ yağacaq...
20.04.2019
Lerik və Yardımlı rayonlarına qar yağıb
19.04.2019
Aprelin 22-dən problemli krediti olan şəxslərə kompensasiya ödənişlərinin verilməsinə başlanacaq

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info