Korrupsiyaya qarşı planın icrası müzakirə olunub
Tarix: 10.06.2014 | Saat: 23:33:00 | E-mail | Çapa göndər


“Central Park” mehmanxanasının konfrans zalında ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən, Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi və onun 4 tərəfdaşı, “Konstitusiya” Araşdırmalar Fondu, “İqtisadi Tədqiqatlar Mərkəzi” İctimai Birliyi, Internyus Azərbaycan İctimai Birliyi, “Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı” İctimai Birliyi (AGAT) tərəfindən icra olunan “Azərbaycan Şəffaflıq Tərəfdaşlığı” layihəsi “Konstitusiya” Araşdırmalar Fondunu təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası vəziyyəti: hökumət –vətəndaş cəmiyyəti dialoqu mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın Katibliyinin, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin, ABŞ səfirliyinin, Ombudsman Aparatının nümayəndələri, Azərbaycan Şəffaflıq Platformasının, QHT-lərin Antikorrupsiya Şəbəkəsinin üzvləri, Milli Fəaliyyət Planında icarçı qurumlar kimi göstərilən dövlət qurumlarının əməkdaşları iştirak ediblər.
Korrupsiyaya qarşı mübarizədə dövlət qurumları vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığının vacibliyindən danışan “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, bu sahədə imkanlar genişlənməkdədir. Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya bu istiqamətdə müvafiq addımalr atır. QHT-lər də öz növbəsində təşəbbüslər göstərirlər. Korrupsiyaya qarşı mübarizədə birgə səylər olduqca vacibdir. Korrupsiyaya qarşı mübarizədə uğurlu nəticələr əldə etmək üçün yalnız dövlət qurumlarının səyləri kifayət edə bilməz. Cəmiyyət, ictimayyət də bu məsələdə fəal, təşəbbüskar olmallıdır. Bu tədbiri də bu istiqamətdə təşəbbüslərdən biri kimi dəyərləndirmək olar.
Ə.Nuriyev qeyd edib ki, 2014-cü ildə “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası istiqamətində daha çox səylər göstərməlidirlər. Bu il çox əhəmiyyətli tədbirlərin icrası nəzərdə tutulub, dövlət orqanları bu məsuliyyəti anlamalı və müvafiq səylər göstərməlidirlər. Ə.Nurieyv xatırladıb ki, ötən il Milli Fəaliyyət Planının 2012-ci ilin sentyabrından 2013-cü ilin sentyabrınadək icra vəziyyətinin monitorinqini aparıb. Monitorinq nəticələri göstərib ki, bir il ərzində Milli Fəaliyyət Planının orta icra göstəricisi 34 faiz olub. Tədbirdə fondun eksperti Zaur İbrahimli “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası vəziyyəti: hökumət –vətəndaş cəmiyyəti dialoqu” mövzusunda təqdimatla çıxış edib. Z.İbrahimli bildirib ki, monitorinqin məqsədi bütün maraqlı tərəfləri hər birinin Milli Fəaliyyət Planının(MFP) icrası sahəsində müstəqil mövqe ilə təmin etməkdir. Monitorinq qrupu Milli Fəaliyyət Planının 124 bəndinin icrasında olan inkişaf və zəiflikləri təsvir edib və Azərbaycanda korrupsiya problemi ilə daha səmərəli mübarizə aparmaq üçün tövsiyyələri müəyyən edib. Bu il monitorinq icrası 2014-cü ildə yekunlaşması nəzərdə tutlmuş tədbirlərin icra vəziyyəti üzərində fokuslaşacaq. MFP 2012-ci ildə 2 və 2013-cü ildə 48 tədbirin icrasını nəzərdə tuturdu. MFP 2014-cü ildə 40 tədbirin icrasının yekunlaşmasını nəzərdə tutur.
Z.İbrahimli həmçinin, Milli Fəaliyyət Planının icrası ilə bağlı bir sıra problemləri də qeyd edib. Onun sözlərinə görə, MFP-da nəzərdə tutulan korrupsiyaya qarşı mübarizədə preventiv tədbilər və korrupsiya risklərini azalmasına yönəlik bir sıra tədbirlərin icrasının ləngiməsi də nəzərə çarpır. İlk növbədə lisenziya və izacələrin verilməsinin sadələşdirilməsi, vergi bəyyannamələrinin təqdim edilməsinin dövrülüyünün azaldılması, səhiyyə sistemində icbari tibbi sığorta sisteminə keçid, lombardların və daşınmaz əmlak alğı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və hüquqi şəxslərin fəaliyyət sahəsini tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanması istiqamətində hərəkətsizlik qeyd edilməlidir. Diqqət yetirilməli vacib məqamlardan biri də korrupsiya riski yüksək olan sahələrdə elektron xidmətlərin ləng tətbiq edilməsidir. Xüsusən elektron xidmətlər daha çox sənədlərin qəbulu ilə bağlı məhdudlaşır.
Müzakirələr zamanı Milli Fəaliyyət Planının icra vəziyyəti, bu istiqamətdə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin, Azərbaycan Şəffaflıq Tərəfdaşlığı” layihəsi çərçivəsində “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən aparılan Milli Fəaliyyət Planın icrasının monitorinqi zamanaı irəli sürülən təklif və tövsiyyələrlə bağlı müzakirələr aparılıb. Dövlət orqanlarının nümayəndələri də monitorinqin daha yaxşı aparılması üçün öz tövsiyyələrini veriblər.
Monitorinqin davamı ilə bağlı vətəndaş cəmiyyəti institutları və dövlət qurumlarının təklifləri dinlənilib, müzakirə olunub.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info