Yeni kombaynlar sınaqdan keçirilir
Tarix: 11.06.2014 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Kənd Təsərrüfatı Nazirliyinin və “Aqrolizinq “ ASC-nin birgə təşkilatçılığı ilə ölkəmizə sonuncu dəfə gətirilmiş Finlandiya istehsalı olan “Sampo 2045”, Almaniyada istehsal edilmiş “Klaas Dominator 130” və Belçika istehsalı olan “NewHolland TC 5050” markalı kombaynların müşahidə sınaqlarına başlanılıb. Ümumilikdə, Azərbaycana son texnologiyaya malik olan 471 ədəd belə kombayn gətirilmişdir və hazırkı taxıl biçini kampaniyasında onların gücündən istifadə edilir.
Müşahidə sınaqları düzən, dağətəyi və dağlıq zonalarda aparılacaq. Əsas məqsəd bu üç Avropa ölkəsinin istehsalı olan kombaynlardan Azərbaycan şəraiti üçün hansının daha səmərəli və sərfəli olduğunu müəyyənləşdirməkdir. Mütəxəssislərin yekun rəyi də məhz bu seçimi dəqiqləşdirəcək. İlk sınaq müşahidəsi Ucar rayonunun Alpout kəndi ərazisindəki taxıl zəmisində aparılıb. Hər üç ölkəyə məxsus kombayn istehsalçılarının nümayəndələrinin də iştirak etdikləri sınaq müşahidələri Azərbaycan Dövlət Aqrar Universitetinin, Azərbaycan Elmi-Tədqiqat Aqromexanika İnstitutunun və Gəncə Dövlət Maşın Sınaq Stansiyasının mütəxəssisləri tərəfindən aparılıb. Azərbaycan Elmi-Tədqiqat Aqromexanika İnstitutunun direktoru, texnika üzrə fəlsəfə doktoru Kamil Fətəliyev bildirib ki, əsas diqqət yanacaq sərfini, gündəlik və mövsümü iş həcmini, işlək mexanizmlərin keyfiyyətini və sair müəyyənləşdirməkdir. Əlbəttə, bizim üçün daha sərfəli olanının seçilməsi və alınıb gətirilməsi kadr hazırlığını asanlaşdırmaqla, kombaynlardan səmərəli istifadə edilməsinə, ehtiyat hissələri ilə normal təminatına da imkan verəcək.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info