Ermənistanda bahalaşmanın olacağı ilə bağlı rəsmi açıqlama
Tarix: 11.06.2014 | Saat: 16:01:00 | E-mail | Çapa göndər


Ermənistanda avqustun 1-dən elektrik enerjisi bahalaşacaq. Bu barədə iyunun 10-da Ermənistan parlamentində ictimai xidmətlərin tənzimlənməsi komissiyasının sədri Robert Nazaryan bildirib. Onun sözlərinə görə, qiymət artımı qaçılmazdır, əks təqdirdə “Ermənistan Elektrik Şəbəkəsi” çox mürəkkəb maliyyə vəziyyətində olacaq: hazırda qurumun borcu 16 mlrd 600 min dram təşkil edir. Nazaryan deyib: “İnanın ki, cəmiyyətin etirazını dinləmək bizə heç də xoş deyil. Qiymətlər artmasa, 2-3 ildən sonra siz özünüz bizdən soruşacaqsınız ki, enerji sisteminin bu vəziyyətə çatmasına necə yol verdiniz”.
Xatırladaq ki, bu ilin iyunun 4-də Ermənistanın İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyası saatda 1 kVt elektrik enerjisinin qiymətini 3.8-4.3 drama qaldırmaq niyyətində olduğunu bəyan edib.
Bundan əvvəl, ötən ilin iyulun 7-də elektrik enerjisinin tarifi 8 dram artırılaraq günün işıqlı vaxtında saatda 1 kVt üçün 38 dram, gecə tarifi isə 28 dram müəyyən edilmişdi. Elektrik enerjisinin bahalaşması cəmiyyətdə ciddi etirazlara səbəb olmuşdu.
Beləliklə, avqustun 1-dən elektrik enerjisinin tarifi günün işıqlı vaxtında saatda 1 kVt üçün təxminən 42 dram ($0.10) , gecə tarifi isə 32 dram ($0.08) məbləğində müəyyən ediləcəyi gözlənilir.
Qeyd edək ki, iyunun 10-na olan məzənnəyə əsasən, 1 ABŞ dollarının kursu 412 dram təşkil edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info