Rusiyanın Ukraynaya qaz borcunun ödənilməsi üçün verdiyi vaxt başa çatıb
Tarix: 11.06.2014 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


Rusiyanın Ukraynaya qaz borcunun ödənilməsi üçün verdiyi vaxt başa çatıb. Lakin Ukraynanın "Naftoqaz" şirkəti pul ödəməyib. Bu isə o deməkdir ki, Rusiya Ukraynaya qaz nəqlini bu gündən dayandıra bilər.
Məlumata görə, qaz böhranı ilə bağlı Rusiya-Ukrayna-Avropa Birliyi üçtərəfli görüşü isə baş tutmayıb və bu günə keçirilib. Rusiya tərəfi Brüsseldəki görüşə gəlmədiyindən, danışıqların bu gün yerli vaxtla saat 09.30-da aparılması qərara alınıb.
Energetika üzrə Avropa komissarının mətbuat katibi Sabine Berger bildirib ki, Avropa Komissiyası üçtərəfli məsləhətləşmələr davam edə-edə Ukraynaya qaz nəqlinin dayandırıla biləcəyini gözləmir.
Qeyd edək ki, iki ölkə arasında əldə olunan razılaşmaya görə, Ukrayna noyabr-dekabr ayları üçün 1,45 milyard dollarlıq qaz pulu borcunu tam, aprel-may ayları üzrə borcun isə 500 milyon dollarını ödəməli idi.
Avropa komissarı Günter Ettinger bildirib ki, Rusiya və Ukrayna arasında qaz qiymətlərinə dair razılığın əldə olunması üçün bir neçə gün lazımdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info