Avropa Komissiyası prezidentinin Azərbaycana səfərinin proqramı açıqlanıb
Tarix: 11.06.2014 | Saat: 16:14:00 | E-mail | Çapa göndər


Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozunun Azərbaycan, Gürcüstan və Moldovaya səfərinin proqramı açıqlanıb.
Avropa Komissiyası prezidentinin saytında yer alan məlumata görə, Xose Manuel Barrozu səfərini iyunun 11-12-də Moldovadan başlayacaq. Ölkəyə səfəri zamanı Avropa Komissiyası prezidenti Moldovanın Prezidenti, Baş naziri və parlament sədri ilə görüşəcək. Xose Manuel Barrozu həmçinin Moldova-Aİ beynəlxalq sərmayəçilər konfransında iştirak edəcək.
İyunun 12-13-də Avropa Komissiyasının prezidenti səfərini Gürcüstanda davam etdirəcək. Səfər zamanı Xose Manuel Barrozu Gürcüstanın Prezidenti və Baş naziri ilə görüşəcək, Gürcüstan İnvestisiya Konfransında açılış nitqi ilə çıxış edəcək. Qeyd edək ki, bu, Barrozunun Gürcüstana ilk rəsmi səfəridir.
Xose Manuel Barrozu Azərbaycana iyunun 14-də gələcək. Avropa Komissiyasının prezidenti ölkə rəhbərliyi ilə görüşəcək. Barrozunun ADA Universitetində "Aİ-Azərbaycan: Yeni imkanlar və çağırışlar" mövzusunda nitqlə çıxış edəcəyi gözlənilir.
Avropa Komissiyası prezidentinin saytında bildirilir ki, bu səfər Aİ-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi, Assosiasiya sazişi və Strateji Müasirləşdirmə Tərəfdaşlığı ətrafında danışıqlara yeni impuls vermək üçün bir imkandır.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info